"Zətu Ənvat" hədisində deyirlər ki, "onlar İslamda təzə idilər" şübhəsi
861 oxunma
English
Deyirlər ki, "onlar İslamda təzə idilər".
Şübhəyə cavab:
Əvvəla, Muazın (Allah ondan razı olsun) hədisinə nəzər salaq: O, nə İslamda təzə idi, nə də haqq çatmayan yerlərdə yaşayırdı. Həmçinin, Əhməd ibn Hənbəlin (Allah ona rəhm etsin) həyatına nəzər salsaq, onun təkfir eləmədikləri nə İslamda təzə idilər, nə də haqq çatmayan, Quran və Sünnə olmayan alimlərin yanında yaşamırdılar. Əksinə, onlar İslamda təzə deyildilər və ətraflarında Quran və Sünnəni bilən alimlər var idi. Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: “Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bəyan etdikdən sonra bizə aydın olub ki, Allahdan başqa heç kimdən – nə övliyadan, nə qəbirdən, nə peyğəmbərdən, nə ölüdən, nə də diridən kömək istəmək olmaz. Allahdan başqa heç kimə - nə ölüyə, nə də diriyə səcdə edilməz. Bütün bunlar Allahın bizə haram etdiyi şirkdir. Amma bu gün, həqiqi İslam elminin azlığı insanlarda müşaiət edildiyi üçün, düşdükləri şirkə görə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) gətirdiyi həqiqətlər onlara izah olunana kimi biz onları təkfir edə bilmərik”. (Radd aləl-Bəkri, səh. 376; Məcmuul-Fətəva, 1/ 372, 11/ 412-413, 19/ 23, 219).
Həmçinin, Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) cahilliklərindən Allahın Ad və Sifətləri məsələsində zəlalətə düşənləri, cəhmiyyə və hululilərin alimlərini, əmirlərini təkfir etmir. Onun təkfir eləmədikləri nə İslamda təzə idilər, nə də haqq çatmayan yerdə yaşamırdılar.
Muhamməd ibn Abdul-Vahhab (Allah ona rəhm etsin) isə buyurur: “Mən cahilliklərinə görə Əhməd əl-Bədəvinin və Abdul-Qadir (əl-Ceylaninin) qəbri üzərində ucaldılan bütlərə ibadət edən kimsələri təkfir eləmirəm”. Məgər bunlar İslamda təzə idilər, yoxsa ucqar, Quranın və Sünnənin çatmadığı yerlərdə yaşayırdılar? “Zətu Ənvat” hədisi

Mövzular: