ramazanın başlaması

Ay müxtəlif ölkələrdə müxtəlif vaxtlarda başlaya bilər - Şeyx İbn əl-Useymin

Şeyx Muhəmməd ibn Salih əl-Useyminə (Allah ona rəhm etsin) belə bir sual verilir: "Ramazan və ya şəvval aylarının daxil olmasını bildirən yeni ayın doğuşu İslam ölkələrində fərqlidir. Həmin dövlətlərdən hansısa ayı gördükdə bütün dünya müsəlmanları oruc tutmalıdırlar?"

English

İxtilafdan çıxmaq üçün orucluğun başlanması və bitməsini dövlət başçınıza həvalə edin

Daimi elmi araşdırmalar və fətvalar mərkəzinə belə bir sual verilir: "Biz radio vasitəsi ilə Səudiyyə Ərəbistanında orucluğun başlanmasını eşidirik amma biz hələ ayı görməmişik. Buna görə də bizim aramızda ixtilaf düşür, bəziləri radio ilə eşitdiklərinə əsasən oruc tutur, digərləri isə ölkəmizdə ayın görsənməsini gözləyirlər. Bu artıq bizim aramızda çox dəhşətli ixtilafa gətirib çıxarıb. Xahiş edirik bizə bu haqda fətva verin?!"

English

Dövlət orucu və bayramı qeyri şəri yolla təyin etsə də, dövlətə tabe ol! - Şeyx əl-Albani

Şeyx Albaniyə (Allah ona rəhm etsin) belə bir sual verilir: "Astronomik hesablamalara etimad etməliyikmi?"

Şeyx belə cavab verir: "Xeyr, astranomik hesablamalar olmaz. Hədisdə gəldiyi kimi “Ayı görməklə tutun”. Əgər dövlət orucu və ya ayın bitməsini əvvəlcədən qeyri-şəri yolla elan etsə, xalq dövlətə qarşı çıxa bilməz, çünki çox böyük fəsad ortaya çıxa bilər. Bu, o demək deyil ki, astranomik hesablamalara istinad etməliyik. Xeyr! Amma biz buna əməl edirik. Bir şəri ondan aşağısıyla dəf edirik. Deyəcəyimiz budur. Amma (Ayın təsbiti üçün) astranomik hesablamanın dəyəri yoxdur.

English

Pages