Həddadilərin xüsusiyyətləri - Şeyx Rabi ibn Hədi əl-Mədxali
1555 oxunma
Allaha həmd olsun! Allahın Elçisinə, ailəsinə, onun səhabələrinə və onlara tabe olanlara Allahın salavatı və salamı olsun!
Bundan sonra...
English
Həddadilik haqda
Mahmud əl-Həddad Misir əsilli olub Səudiyyə Ərəbistanına köçdükdən sonra öz bidətini yayan bir insan olmuşdur. O, bidətlər yaymış və öz ətrafına özü kimi zəlalət əhlini toplamışdır. Həddadilərin bəzi əlamətlərini qısa olaraq qeyd edək:
1. Kim bidət sözü söyləmiş və ya bidət əməl etmişsə, bidətçi adlandırırlar. Onlar bir növ xavariclərin bidətinə oxşamışlar. Belə ki, xavariclərə görə küfr söz deyən və ya əməl edən qeyd şətsiz kafir olur. Həddadilərə görə də bidət edən qeyd şərtsiz bidətçi olur və onu Əhli Sünnədən çıxarırlar.