“Hökm yalnız Allaha məxsusdur” ayəsi ilə gətirilən şübhə
1524 oxunma
English
Müxalif olannlar bu ayəni “Hökm yalnız Allaha məxsusdur” (əl-Ənam, 57; Yusuf, 40, 67) dəlil olaraq gətirib deyirlər: “Kim özündən qanun qoyarsa, yalnız Allaha məxsus olan bir şeydə Onunla bərabərlik iddia etmiş və Ona xas olan bir şeyi özünə aid etmiş olur. Bununla da kafir olur”.
Şübhəyə cavab:
Birincisi, insanın Allahın hökmündən başqa bir hökmlə hökm etməsi, onun “mən də Allahla bərabər, Ona xas olan bir işdə Onunla eyniyəm” deməsi mənası vermir. İnsan öz hökmünün Allahın hökmü ilə bərabər və ya daha üstün olduğunu iddia etmədikcə, onun Allahın hökmü ilə hökm etməməsindən bu anlaşılmaz.
İkincisi, bu şübhənin cavabı da “...Allah Öz hökmünə heç kəsi şərik etməz!” (əl-Kəhf, 26) ayəsi ilə gətirilən şübhənin cavabı kimidir. Ayəni zahirinə görə götürüb hakimləri təkfir edən şəxs bütün insanları təkfir etməlidir. Bu isə batildir. Əhli Sünnə val-Cəməanın zalım hakimin kafir olmamasında icması var. İbn Abdul-Bərr (Allah öna rəhm etsin) demişdir: “Alimlər öz hökmündə zülm edən hakimin böyük günah sahibi olduğuna icma etmiş və onun kafir olmadığını demişlər”. (ət-Təmhid, 16/358).
Üçüncüsü, kim bizə müxalif olaraq ayənin zahirini götürürsə, rəsm çəkənləri də təkfir etməlidir. Halbuki, İslam alimləri şəkil çəkənlərin kafir olmadıqlarına icma etmişlər. Rəvayət edilir ki, Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: “Mən Peyğəmbərin - sallallahu aleyhi və səlləm - belə dediyini eşitmişəm: “Qüdrətli və əzəmətli Allah buyurmuşdur: “Mənim yaratdığım kimi yaratmağa çalışan kimsədən daha zalım kim ola bilər?! (Bacarırlarsa,) qoy bir dən yaratsınlar, yaxud bir qarışqa yaratsınlar!” (əl-Buxari, 5497, 5953). Başqa bir hədisdə Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurur: “Qiyamət günü insanlar içərisində ən şiddətli əzaba düçar olanlar, Allahın yaratdığı kimi yaratmağa çalışanlardır”. (əl-Buxari, 5498, 5954; Muslim, 5494). Rəsm çəkən bunun halal olmasını etiqad etməzsə, onun böyük günah sahibi olmasında İslam alimləri icma etmişlər. Həmin şəxs küfr etmiş sayılmaz. Əgər yuxarıdakı ayəni Allahın hökmü ilə hökm etməyən hər kəsin kafir olmasına dəlil gətirərirlərsə, onda rəsm çəkənin də kafir sayması ona vacib olar. Bu isə doğru deyil. Zahirən şəkil çəkən də, Allahın hökmü ilə hökm etməyən də Allaha xas olan bir işdə özünü Ona tay tutmuş kimi sayılır. Bunlar ikisi bir-birindən ayrılmazdır. Məsələ dəlilin olması deyil, həmin dəlili düzgün anlamaq və başa düşməkdir.

Mövzular: