əl-Ənam surəsinin 121-ci ayəsi ilə gətirilən şübhə

English

Təkfirçi və xavariclər bu ayəni: “Hə­qi­qə­tən, şey­tan­lar öz dost­larına si­zinlə mü­bahisə etmək üçün ba­til əqidə­lər təl­qin edir­lər. Əgər onlara itaət etsəniz, söz­süz ki, siz də müş­rik­lər­dən olar­sı­nız” (əl-Ənam, 121) dəlil gətirərək deyirlər ki, “kim Allahın şəriətinə və əmrlərinə müxalif olan şeylərdə Allahdan qeyrisinə itaət edərsə müşrik olur”. 

Şübhəyə cavab: 

Buna iki yöndən cavab verilir.

  1. Ayənin zahiri və hərfi mənası Allahdan qeyri itaət edilən hər bir şeyin Allaha şərik qoşmaq olmasını göstərir, lakin alimlərdən heç kəs bunu zahiri mənası ilə başa düşməyib
  2. Bu ayədə itaət deyildiyi zaman halalın haram, haramın da halal sayılmasıdır. Abdul-Lətif ibn Abdur-Rahmən ibn Həsən (Allah ona rəhm etsin) deyir: “Uca Allahın əl-Ənam surəsinin 121-ci ayəsini düşün. Kim şeytanın dostlarına – halalın haram edilməsində itaət edərsə, artıq müşriklərdən olmuşdur”. (Buyun var-Rasəil, 1/251). Yəni ayəni zahiri şəkildə götürməmiş, halalın haram edilməsinə itaət edilməsini qeyd etmişdir.

Mövzular: