"Allahın nazil etdiyi ilə hökm etməyənlər – məhz onlar kafirdirlər” (əl-Maidə, 44) ayəsi ilə gətirilən şübhəyə cavab
1870 oxunma
English
Şübhə olaraq deyirlər: "Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirdirlər” (əl-Maidə, 44). Allahın hökmü ilə hökm verməyən hakim bu ayəyə görə bir-başa kafirdir.
Şübhəyə cavab:
Buna cavab bu ayədə sadalanan küfrün kiçik küfr – yəni İslam ümmətindən çıxarmayan küfr olmasıdır. Buna üç yöndən dəlil var.
1) Əhli Sünnə alimləri bu ayənin zahirinə görə olmaması üzərində icma etmişlər, yəni bu ayənin hökmünü heç kim bir-başa təkfir etmək kimi başa düşməmiş və Allahın hökmü ilə hökm verməyəni bir-başa təkfir etməmişlər.
Sual edilsə ki, bu ayədən bir-başa təkfir etmək başa düşülən deyilmi? Zahirən elə olsa da, Əhli Sünnə val-Cəməa bu ayəni zahirən götürməməyə icma etmişlər. Əksinə bu ayəni zahirən götürənləri xavariclər və mötəzilələrə nisbət etmişlər.
əl-Acuri (Allah ona rəhm etsin) demişdir: “Hərurilərin tabe olduqları mütəşabih (anlaşılması çətin olan və bir neçə məna verən) ayələrdən biri də əl-Maidə surəsinin 44-cü ayəsidir. Onu əl-Ənam surəsinin 1-ci ayəsi ilə birgə tuturlar. (Uca Allah buyurur: “Həmd, göyləri və yeri yaradan, zülmətləri və nuru var edən Allaha məxsusdur! Bu dəlillərdən sonra kafir olanlar hələ də bütləri öz Rəbbinə tay tuturlar” (əl-Ənam, 1). Onlar Allahın hökmü ilə hökm verməyənləri bütlərin və Allahdan qeyrilərin hökmləri ilə birgə tutaraq kafir olduqlarını qeyd edirlər. Onlar Allahın hökmü ilə hökm verməyəni haqsız olaraq hökm verən imamları gördükləri zaman onun artıq küfr etdiklərini deyərlər. Həmin kəsləri müşrik sayar və onlara qarşı çıxarlar. Gördüyün bu şeyləri edərlər – onlarla vuruşar və müsəlmanların qanını tökərlər. Çünki onlar bu ayəni təvil etmiş doğru mənasından kənara çıxartmış və düzgün başa düçməmişlər”. (əş-Şəria, 44).
İbn Abdul-Bərr (Allah ona rəhm etsin) demişdir: “Bidət əhlindən xavaric və mötəzilələrdən olan bir camaat bu məsələdə azğınlığa düşmüş və doğru yoldan azmışlar. Onlar buna bənzər ayələri günahkarların kafir olmalarına hüccət olaraq gətirərlər. Allahın bu ayəsi kimi: “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirdirlər” (əl-Maidə, 44). Bu ayəni zahirinə görə götürərək günah edənləri təkfir edərlər. Halbuki bu ayə zahirinə görə götürülmür”. (ət-Təmhid, 16/312).
əl-Qurtubi (Allah ona rəhm etsin) əl-Maidə surəsinin 44-cü ayəsi haqda danışarkən belə demişdir: “Bu ayəni günaha görə təkfir edənlər zahirinə görə götürərək günah edənin kafir olduğunu demişlər. Onlar xavariclərdir. Bu ayədə onlar üçün heç bir dəlil yoxdur”. (əl-Mufhim, 5/117).
Əbu Həyyan əl-Əndəlusi (Allah ona rəhm etsin) demişdir: “Xavariclər bu ayəni hər asilik edib günah edənin kafir olmasına dəlil gətirmiş və demişlər: “Bu Allahın hökmü ilə hökm etməyənin kafir olmasına bir dəlildir. Allahın hökmü ilə hökm etməyən kafirdir. Hər bir günah edən kafirdir. Allahın hökmü ilə hökm etməmək də günahdır. Buna görə də həmin kimsə küfr etmiş olar. Həmin adamın kafir olması Allahın hökmü ilə hökm verməmək səbəbi ilə artıq vacib olmuşdur”. (əl-Bəhrul-Mufid, 3/493).
2) İkinci cavab İbn Abbasın (Allah ondan razı olsun) bu ayənin kiçik küfrə dəlalət etməsini deməsidir.
İbn Abbas (Allah ondan razı olsun) Allahın hökmü ilə hökm etməmək ayəsini kiçik küfr olduğu kimi qeyd etmişdir. İbn Teymiyyə (Allah ona rəhm etsin) demişdir: “Əgər biz nə Qurani-Kərimdən, nə də Sünnədən ayəni təfsir edən bir şey tapa bilməriksə, bu məsələdə səhabələrin təfsirinə və dediyinə qayıdarıq. Çünki onlar bunu daha gözəl bilirlər, onlar Quranın nazil olmasına şahid olmuş və hansı hallara aid olduğunu daha gözəl bilirlər. Onların bu barədə tam bir şəkildə anlayışı və səhih elmləri var. Ələxsus da onlardan alim olanlar, böyük imamlar, öndə gedənlər, dörd xəlifə, Abdullah ibn Məsud və Abdullah ibn Abbas olmuşdur. Abdullah ibn Abbas Peyğəmbərin (sallallahu aleyhi və səlləm) duası səbəbilə Quranın təfsirçisi və Quranı ən gözəl şəkildə başa düşən olmuşdur. Peyğəmbər (sallallahu aleyhi və səlləm) dua edərək demişdir: “Allahım, onu dini düzgün başa düşən və Quranın təfsirçisi et!” (Məcmuul-Fətava, 13/364).
Əli ibn Əbu Talhə (Allah ona rəhm etsin) rəvayət edir ki, İbn Abbas (Allah ondan razı olsun) Maidə surəsinin 44-cü ayəsi haqqında belə buyurdu: “Kim Allahın endirdiyini inkar edərsə, artıq küfr etmiş olur. Kim Allahın endirdiyini iqrar edərsə, lakin onunla hökm verməzsə - zalım və ya fasiq olar”. (ət-Tabəri “Təfsir” 6/ 166; əl-Albani həsən olduğunu bildirmişdir).
Tavus (Allah ona rəhm etsin) rəvayət edir ki, İbn Abbas (Allah ondan razı olsun) “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir”- ayəsi haqqında belə dedi: “Bu sizin başa düşdüyünüz böyük küfr deyil”. (İmam Mərvəzi “Təazimu Qadrus-Saləh” 2/ 522, 574; əl-Albani “Silsilətul-Əhədisis-Sahihə” 6/ 114).
Həmçinin belə buyurur: “Ayədə qəsd olunan küfr, insanı İslamdan çıxarmayan küfrdür”. (İmam Mərvəzi “Təazimu Qadrus-Saləh”, 2/ 522, 575; əl-Albani “Silsilətul-Əhədisis-Sahihə”, 6/ 114).
3) İbn Abbasın (Allah ondan razı olsun) bəzi tələbələrinin bu ayədə sadalana küfrün dindən çıxarmayan küfr olmasını demələri. Onlara həmin dövrdə bu rəylərinə qarşı çıxan olmamışdır.
Ata ibn Rabah (Allah ona rəhm etsin) buyurur: “Ayədə keçən küfr böyük küfr deyil”. İbn Kəsir (Allah ona rəhm etsin) buyurur: “Bu, iki şeyxin (əl-Buxari və Muslimin) şərtlərinə görə səhihdir". (İbn Kəsir “Təfsir” 8/464-465; İmam Mərvəzi “Təazimu Qadrus-Saləh” 2/ 575). Tavus da bu mövzuda oxşar sözlər demişdir.
İbn Teymiyyə (Allah ona rəhm etsin) tabiinlərin ayəni təfsir etməsi haqda belə demişdir: “Əgər tabiinlər bir şeyin üzərində icma edərlərsə, onun hüccət olmasında heç bir şəkk və şübhə yoxdur”. (Məcmuul-Fətava, 13/370).

Mövzular: