Silsiləli təkfir bidəti

English

Son zamanlar çoxdan yaşanmış xüsusilə silsiləli təkfir fitnəsi yenidən oyanmışdır. Silsiləli təkfir – bir cahilin hər hansı bir müsəlmanı öz cəhaləti, Quran və Sünnəni özünün başa düşməsinə əsaslanaraq təkfir etməsi, sonra isə müsəlmanları imtahana çəkərək soruşmasıdır: “Sən filankəsi belə belə dediyinə və ya bele-belə etdiyinə görə kafir sayırsanmı?” Əgər sual verilən şəxs “Xeyr” desə və ya tərəddüd etsə, bu müsəlman da həmin cahilə görə kafir olur. Bu silsilə də sonsuza qədər davam edir. Nəticə etibarilə bunun kimi cahillər dünyada ondan və onun bir neçə tərəfdarından nəfərdən başqa müsəlman yoxdur. Allah pak və nöqsansızdır. Bu hal necə də ilk xavariclərin əqidəsini xatırladır! İmam Əbu əl-Abbas əl-Asam (Allah ona rəhm etsin) deyirdi: “Bir dəfə iki xəvaric Kəbəni təvaf etdikdə, onlardan biri o birisinə dedi: “Məndən və səndən başqa bu yaradılmışlaran heç kim Cənnətə girməyəcək”. O biri dedi: “Genişliyi göylər və yer qədər olan bizim ikimiz üçünmü yaradılıb?!” Birinci dedi: “Bəli!” İkinci olan: “O sənin üçündür!”- dedi və onun etiqadını tərk etdi”. (əl-Lələkai “Şərh Usulul-İtiqad” 2317).

Qəribəsi burasıdır ki, belə təkfirçilər digər digər təkfirçi firqə tərəfindən kafir sayılırlar. İmam əl-Əsbəhani (Allah ona rəhm etsin) demişdir: “Bidət əhlindən - xəvaric, rafizi və qədərilərdən fərqli olaraq Əhli-Sünnə val-Cəməa bir-birilərini küfrdə ittiham etmirlər. Əgər onlardan yeddisi bir məclisdə yığılsalar, mütləq bir-birini küfrdə ittihama görə bu məclisi tərk edəcəklər. Onlar Allahın buyurduğu kimi yəhudi və xaçpərəstlər kimidirlər: Yəhudilər: "Xaçpərəstlər heç bir şeyə əsaslanmırlar!"– deyir, xaçpərəstlər isə: "Yəhudilər heç bir şeyə əsaslanmırlar!"– deyirlər. Halbuki onlar Kitab oxuyandırlar. Cahillər də onların danışdığı kimi danışırlar. Allah ixtilafa düşdükləri şey barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir” (əl-Bəqərə, 113)” (əl-Hüccə 2/255).

İmam Xatib əl-Bağdadi (Allah ona rəhm etsin) demişdir: “ (Əhli-Sünnəyə) qarşı olan firqələrdən xavaric, rafizi və qədərilər kimi bir-birini təkfir edən, bir-birindən uzaqlaşan elə bir zəlalət əhli yoxdur”. (əl-Fərq Beynəl-Firaq, 361).

İmam Əbil-İzz (Allah ona rəhm etsin) demişdir: “Bidət əhlinin qınanılan xüsusiyyətlərindən biri də, onların bir-birini təkfir etməsidir. O ki qaldı, elm əhlinin gözəl xüsusiyətinə, onlar zəlalət küfrdə ittiham etməyərək bidət haqda danışırlar”. (Şərhut-Təhavi” 439).

Bu təkfirçilər elə bir azğın mərhələyə çatmışlar ki, ümmətin böyük alimlərini küfrdə ittiham etməyə başlamışlar. Belə insanlar haqda Şeyxu-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) demişdir: “O ki qaldı müsəlmanların alimlərini təkfir edənlərə, bu, ən böyük məzəmmət olunan əməllərdəndir. Bunun bünövrəsini öz şübhələrinə əsaslanan, onların dində xətalara yol verdiklərini düşünən və müsəlman hakimlərini kafir adlandıran xavaric və rafizilər qoymuşlar”. (Məcmuul-Fətava, 35/100).

Ən qəribəsi budur ki, bu təkfirçilər fiqhə aid sadə bir şeyi bilmədikdə, dünən təkfir etdikləri alimlərə müraciət edirlər. Zamanımızda internetdə İbn Bəzi, əl-Albanini və ya ümmətin digər tanınmış alimlərini təkfir edən, lakin müəyyən fiqh məsələsində dəlil gətirəndə həmin alimlərin rəylərini gətirdiklərini görürük. Nəcd alimi olan Şeyx İbn Batin (Allah ona rəhm etsin) necə də düz demişdir: “Təəccüblüsü budur ki, əgər başqasını küfrdə ittiham edənlərin hər hansı birindən təmizlənmə, ticarət və ya buna oxşar məsələlər barədə soruşsan, o sənə cavab verə bilməyəcək, çünki bu mövzu haqda onun elmi yoxdur. O, alimlərin bu suallar haqda olan sözlərini araşdıracaq, və alimlər cavab verdikləri kimi cavab verəcək. Bəs belə böyük və təhlükəli mövzu – təkfir barəsində nə demək olar?!” (Minhəc Əhlul-Haqq, 77).

Allahın zərrə qədər nur və elm verdiyi müsəlman başa düşür ki, silsiləli təkfir – səhabələrin dövründə olan xavaricləri belə geridə qoyan əsl zəlalətdir. Belə ki, onlar da belə müsəlmanlar üçün imtahanlar hazırlamamışlar.