Bu dünyada müsəlman hökmü necə verilir?

English

Hafiz İbn Rəcəb (Allah ona rəhm etsin) deyir: “Zəruri olaraq bilinir ki, Peyğəmbər (salləllahu aleyhi va səlləm) İslama daxil olmaq onun yanına gələnlərdən yalnız iki şəhadət kəliməsini qəbul edərdi və onun qanı bununla qorunulmuş olardı və onu müsəlman edərdi. Peyğəmbər (salləllahu aleyhi va səlləm) Usamə ibn Zeydin qılıncını üzərinə qaldırdıqda “lə iləhə illəllah” deyən kəsi öldürməsini inkar etmişdi və çox şiddətlə qınamışdı. Peyğəmbər (salləllahu aleyhi va səlləm) müsəlman olmağı istəyərək yanına gələnlərə namaz və zəkata riayət etməyi şərt qoşmazdı. Əksinə, hətta rəvayət edilib ki, bir qövmün müsəlman olmaqları qəbul edildi və onlar zəkat verməməyi şərt qoşmuşdular...

İmam Əhmədin “Müsnəd” əsərində Nəsr ibn Asim əl-Leysidən, o da özlərindən olan bir nəfərdən rəvayət edir ki, o, Peyğəmbərin (salləllahu aleyhi va səlləm) yanına gəlmiş və yalnız iki namazdan başqa namaz qılmamaq şərti ilə müsəlman olmuşdur və (Peyğəmbər – salləllahu aleyhi və səlləm - bunu) ondan qəbul etmişdir. (Əhməd, 3/402; 20287, 20553, 23468; ət-Tayəlisi, 1360; ən-Nəsai, 2/205; ət-Tahavi “Şərh Muşkilil-Əsər” 204. Şueyb əl-Arnavut səhih olduğunu bildirmişdir).

İmam Əhməd (Allah ona rəhm etsin) bu hədislərə əsaslanaraq demişdir: “Fasid şərt üzərində belə İslam səhihdir, sonra İslam şəriətinin bütün hökmləri onun üzərində məcbur edilər. Bunun üçün həmçinin Həkim bin Hizəmin (Allah ondan razı olsun) dediyi bu sözü də dəlil olaraq istifadə etmişdir: “Peyğəmbərə (salləllahu aleyhi va səlləm) yalnız ayaq üstə səcdə etmək şərti ilə beyət etdim”. (İmam Əhməd “əl-Müsnəd” 3/25, 363; hədis 15312, 15347, 15386; ən-Nəsai, 1084. əl-Albani isnadının səhih olduğunu bildirmişdir). İmam Əhməd dedi: “Mənası rüku etmədən səcdə etməkdir”.

Muhamməd bin Nəsr əl-Mərvəzi (Allah ona rəhm etsin) çox zəif bir isnad ilə Ənəsdən belə dediyini rəvayət edib: “Peyğəmbər (salləllahu aleyhi va səlləm) ona müsəlman olmağa razılıq verənlərdən bunu yalnız namaz qılmaqla və zəkatı ödəməklə qəbul edərdi və Muhammədi (salləllahu aleyhi va səlləm) və İslamı təsdiq edənlərə hər ikisi fərz idi. Bu, Uca Allahın bu sözünün mənasıdır: “Madəm ki, siz etmədiniz və Allah da tövbənizi qəbul etdi, onda namaz qılın və zəkat verin!” Bu hədis sabit deyildir, hətta sabit olduğunu fərz etsək burada qəsd olunan budur ki, İslama daxil olmuş heç kimsənin namazı və zəkatı tərk etməsinə razılıq verməzdi və bu, haqdır, çünki o, (Peyğəmbər - salləllahu aleyhi va səlləm) Muazı Yəmənə göndərdikdə ona əmr etdi ki, hər şeydən əvvəl onları şəhadət kəliməsinə çağırsın və dedi: “Əgər buna itaət etsələr onlara namazı, sonra zəkatı öyrət!” Qəsdi budur ki, İslama daxil olmaqla müsəlman olana bundan sonra namaz qılmağı, sonra isə zəkat ödəməyi əmr edərdi və ondan İslam haqqında soruşanlara şəhadət ilə birlikdə İslamın digər ərkanlarını da zikr edərdi, necə ki, Cibrilə (aleyhissələm) ondan İslam barədə soruşduqda, həmçinin onun yanına İslam barədə sual vermək üçün başı dik gəlmiş bədəviyə belə söyləmişdi.

Bizim bu dediklərimiz ilə bu mövzuda gəlmiş hədislərin sözlərini bir arada bu cür birləşdirməyin doğru olduğu görünür və aydın olur ki, bunların hamısı haqdır, belə ki, sadəcə iki şəhadət kəlməsini söyləməklə canı qorunulmuş olur və bununla adam müsəlman olur. Əgər İslama daxil olarsa, sonra namaz qılar, zəkat verər və şəriətin hökmlərini yerinə yetirərsə, müsəlmanların lehinə olan hər bir şey onun da lehinədir, əleyhinə olanlar onun da əleyhinədir...”. (“Cəmiul-Ulumi val-Hikəm” 1/228-230).

Hafiz İbnul-Qeyyim (Allah ona rəh etsin) demişdir: “Müsəlmanlar kafirin “Lə iləhə illəllah, Muhammədun rasulullah” deməsilə İslama daxil olmasında icma etmişlər”. (“Mədəricus-Səlikin”, 3/421).

Bu icmanı həmçinin İmam ən-Nəvəvi, Şeyxul-İslam və başqaları nəql ediblər və onlar heç bir yerdə bu dünyanın müsəlman hökmünün keçərli olması üçün tövhidi bilməyi şərt qoşmayıblar, əksinə yalnız şəhadət kəlmələrini söyləməyi müsəlman olması üçün kifayət görüblər və bundan sonra küfr etməsi halında mürtəd olduğunu demişlər. Sözsüz ki, bu mürtəd olma da təkfirin şərtlərindən sonra baş verir.

Şeyx İbn əl-Useyminə (Allah ona rəhm etsin) belə bir sual verirlərƏgər bir insan İslama girmək üçün cəhaləti üzündən mənasını təfsilatla bilmədən “Lə iləhə illəllah” deyərsə, bu insanın hökmü nədir?"

Şeyx buyurur: "Birincisi, Yuxarıda Şeyxul-İslamın sözünü qeyd etdiyimiz kimi insanda İslamın əsli şəhadət kəliməsi ilə gerçəkləşir.

İkincisi, təfsilatı ilə bilib-bilməməsi insanın qəlbindəki məsələlərdir. Necə ki, Peyğəmbər (Allahın ona salavat və salam olsun) Usaməni (Allah ondan razı olsun) "Sən onun qəlbini yarıb baxdınmı?!" deyə onu qınayır, çünki Usamə (Allah ondan razı olsun) öldürdüyü insanın o anda zahiri ilə kifayətlənmir. Həmin anda o insanın zahiri isə İslam idi.

Üçüncüsü, tövhid və şirk məsələlərində cəhalətin üzr olmasına dair sünnədə keçən dəlillər - İnsanın cəhaləti üzündən "Lə iləhə illəllahı" təfsilatla bilmədiyi halda ona müsəlman hökmü verilməsinə sübutdur. Bu dəlilləri Allahın izni ilə ətraflı zikr edəcəyik.

Deməli, bizə onu müsəlman kimi görmək ücün ən birinci onun zahirən gətirdiyi şəhadət kifayətdir. Nəyə görə burada “ən birinci” kəlməsini işlədirik - çünki İslam tək şəhadət kəlməsini tələffüz etməklə qurtarmır, çünki iman qəlblə təsdiq etmək, dil ilə demək, əməllərlə isbat etməkdir.

Deməli, dedik ki, bizə onu müsəlman kimi görmək ücün ən birinci onun zahiri kifayətdir. Diqqət yetirin, zahiri isə şəhadət kəlməsini tələffüz edərək özünü İslama nisbət etməklə bilinir. Hətta şəhadət kəlməsini tələffüz edərək özünü İslama nisbət etməklə yanaşı, o insanda cahillikdən şirk olsa belə". (Şeyx Muhəmməd ibn Saleh ibn əl-Useymin (Allah ona rəhmət eləsin) "Kitəbut-Təuhid" birinci fəsil, 7-ci məsələnin şərhi).