Şübhə olaraq deyirlər ki, "İbn Teymiyyə tövhiddə üzr məsələsində xəta edib".
Şübhəyə cavab:
Bu, heç bir əsası olmayan batil şübhədir. Belə ki, heç bir sələf alimi İbn Teymiyyənin (Allah ona rəhm etsin) tövhid məsələlərində cahilliyin üzrlü olması haqda xəta etdiyini deməmişdir. Həqiqətdə də İbn Teymiyyə (Allah ona rəhm etsin) tövhid məsələlərində cahilliyin üzrlü olması haqda bir çox dəlilləri qeyd etmiş və cahilliyin bütün məsələlərdə üzrlü olmasın daha üstün rəy hesab etmişdir.
Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: “Kim yalnız Allaha aid olan bir şeyi Allahdan başqası haqqında isbat edərsə, ona hüccət – elə bir hüccət ki, onu tərk edən kafir olur - çatdırıldıqdan sonra kafir olur”. (“Məcmuul-Fətava”, 1/ 112). Şeyxul-İslamın (Allah ona rəhm etsin) bu məsələlərdə belə cahilliyi üzr görməsinin ən böyük dəlillərindən biri budur ki, o, özü əl-Bəkrini təkfir etməmişdir. Halbuki, əl-Bəkri qəbirlərdən kömək istəməyin icazəli olması haqqında kitab yazıb. Siz avam milləti buraxın, baxın görün İbn Teymiyyə (Allah ona rəhm etsin) şirkə dəvət edən, kitab yazan birini təkfir etmir. Məlumdur ki, əl-Bəkri özü Şeyxul-İslam İbn Teymiyyəni (Allah ona rəhm etsin) təkfir edib, lakin Şeyxul-İslam (Allah ona rəhm etsin) ona qarşı yazdığı rəddiyyəsində deyir: “Buna görə də biz onun cahilliyinə görə və onun təkfir etmək (bizə küfr) iftirası atmasına eyni şəkildə cavab vermirik. Necə ki, bir nəfər başqasına qarşı yalan şahidlik etsə və ya onun haqqında yalan söyləyib onu əxlaqsızlıqda ittiham etsə, digər tərəfin də ona qarşı yalandan şahidlik etməsi və onu əxlaqsızlıqda ittiham etməsi icazəli olmaz. Üstəlik onun öz şeyxi (əl-Cəzəri) və digər alimlər bizim üçün söz buraxmadılar və onun zəlalətdə olduğunu, cahilliyini özləri bəyan etdilər...” (“Təlxis Kitəbil-İstiğasə”, 2/ 494; Məktəbətul-Ğuraba əl-Əsəriyyə).
Nəticə isə odur ki, şeytan hər bir vəchlə bilməyən insanları cürbəcür şübhələrə salmaq istəyir. Hətta bu şübhələr bir-birinə əks olsa belə öz məkrli məqsədini həyata keçirmək üçün bunu sıravi müsəlmanlar arasında yaymağa çalışır. Bunlardan biri İbn Teymiyyənin (Allah ona rəhm etsin) cahilliyi üzr görməsi, digəri isə cahilliyi üzr görməməsi şübhəsidir.

Daha ətraflı:
"İbn Teymiyyə tövhiddə cəhaləti üzr görməyib, digər məsələlərdə görüb" şübhəsi
Cahillik istisnasız olaraq bütün dini məsələlərdə üzrdür
Mövzular: