"İslamdan çıxaran 10 əməldən birini edən kafirdir" şübhəsi

English

Şübhə olaraq deyirlər ki, "Muhəmməd ibn Abdul-Vahhabın gətirdiyi "İslamdan çıxaran on əməli" - bu əməllərdən hər hansı birini edən şəxs kafir sayılır". 

 

Şübhəyə cavab: 

Bəzi insanlar Şeyx Muhəmməd ibn Abdul-Vahhabın (Allah ona rəhm etsin) tərtib etdiyi İslamdan çıxaran 10 məsələni düzgün başa düşməmiş və günaha düşən müəyyən insanı qeyd-şərtsiz kafir saymışlar. Bununla da onlar böyük bir xətaya və günümüzdə baş verən təkfir fitnəsinə düşmüşlər. Şübhəsiz ki, Muhəmməd ibn Abdul-Vahhabın (Allah ona rəhm etsin) gətirdiyi 10 əməl küfrdür, lakin özünü İslama nisbət edərək bu əməllərdən birini edən dərhal kafir sayılmır. Çünki, bu şəxs bu əməli bilməməzlikdən (cahillikdən), yalançı din xadimləri tərəfdən aldadılma və s. səbəblərdən etdiyi üçün üzrlü sayıla bilər. Daha ətraflı: Ümumi təkfirlə müəyyən şəxsi təkfir etmək arasındakı fərq nədədir?

Mövzular: