"Tövhiddə cəhalət üzrlü deyil" şübhəsi

English

Şübhə olaraq yayırlar ki, "Tövhiddə, dinin əsaslarında və əqidə məsələlərində cahillik üzr deyil".

Şübhəyə cavab: 

Muhəmməd ibn Abdul-Vahhəb (Allah ona rəhm etsin) buyurur:

“Əgər biz Abdul-Qadir və Əhməd əl-Bədəvinin qəbirlərinin üzərində olan bütlərə ibadət edənləri cahillikləri və onlara heç kimin tənbeh etməmələrinə görə təkfir etmiriksə, biz Allaha şərik qoşmayanı necə təkfir edə bilərik? Həqiqətən, bu çox böyük bir böhtandır”. (Durarus-Səniyyə, 1/66).

“O ki qaldı, düşmənlərimin mənim haqqımda guyə ki, mən zənnə və dostluğa görə və ya hüccət qaldırılmayan cahili təkfir edirəm. Həqiqətən du açıq-aydın bir böhtandır”. (Məcmuu Məlifət, 3/14)

“Qəlbimizdə olanı bilən Allahı şahid tuturuq ki, bizim əqidəmiz budur ki, tövhidə əməl edən, şirkdən və onun əhlindən uzaq olan kəs məkanından və zamanından asılı olmayaraq müsəlmandır. Bir insan Allaha Uluhiyyət tövhidində şərik qoşsa, huccət qaldırıb, bəyan etdikdən sonra onu təkfir edirik”. ("Məcmuu Məlifət" 3/ 34)

“Biz yalnız alimlərin ittifaq etdiyi məsələlərdə təkfir edirik ki, o da şəhadət kəlməsidir. (Yəni, bütün alimlər şəhadət kəlməsini söyləməyənin kafir olduğunda icma etmişlər). Huccət qaldırıb, bildirdikdən sonra inkar edəni təkfir edirik”. ("Durarus-Səniyyə" 1/ 100-102).

“Biz iki şəhadət xaricində qalan dörd əsası tərk edənləri təkfir etmirik”. ("Durarus-Səniyyə" 1/ 100-102).

İbn Teymiiyə (Allah ona rəhm etsin) demişdir: “Bu kişi Uca Allahın qüdrətinə, öldükdən sonra onu dirildəcəyinə şəkk edir. Hətta bir daha dirilməyəcəyini də etiqad edir. Bütün müsəlmanlar yekdil rəy olaraq bu əməlin və etiqadın küfr olmasını deyirlər. Lakin bu adam cahil idi, bilmirdi, digər tərəfdən mömin idi və Allahın ona əzab verəcəyindən qorxurdu. Buna görə də Uca Allah onu bağışladı. Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yoluna riayət etməyə çalışan, təvil edən, ictihad adamlarının bağışlanması daha layiqlidir”. (“Məcmuul-Fətava” 3/ 231)

“Yəqin olaraq bilirik ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) ümmətinə, istər ölü, istər saleh, istərsə də nəbi olsun (fərq etməz) Allahdan qeyrisini çağırmaq buyurulmamışdır. Bilirik ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) ümmətinə ölüyə və ölü olmayana səcdə etmək də buyurulmamışdır. Həmçinin bilirik ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) bütün bunları bizə qadağan etmişdir və bu Allah və Rəsulunun (salləllahu aleyhi və səlləm) haram etdiyi şirkdir, lakin cahilliyin çoxluğundan və elmin azlığından biz indikilərə huccət qaldırmadan, onları təkfir edə bilmirik. ("əl-İstiğasə" kitabı).

"Ona görə də mən Allahın ərşi üzərində olmasını inkar edən Həluliyyəli Cəhmiyyə firqəsinə belə deyirdim: “Əgər mən sizin fikrinizə müvafiq olsam onda mən kafir olaram. Çünki mən sizin sözünüzün küfr olmasını bilirəm. Amma mən sizə kafir kimi baxmıram, çünki mənə görə siz cahilsiniz”. (İbn Teymiyyə “ər-Radd Aləl-Bəkri” səh. 96). Bu xitab onların alimlərinə, qazilərinə, şeyxlərinə və rəhbərlərinə idi.

“Kim İslam dininə yeni gəldiyi üçün yaxud cahillik olan bir ölkə və ya şəhərdə şəriətdə açıq aydın bilinən bir şeyi inkar etsə, huccət qaldırmamış onu təkfir etmək olmaz”. (Məcmmul-Fətava, 6/ 61).

“Kim mütəvatir və icma olan məsələləri inkar etsə, hüccət qalxdıqdan sonra kafir olar”. ("əl-İstiğasə" kitabı)

İbn əl-Qeyyim (Allah ona rəhm etsin) buyurur: “İnkar etmək küfrü iki növdür:

1. Mütləq küfr, yəni ümumi küfr.

2. Qeydli küfr, yəni xüsusi küfr.

Birinci küfrə misal: Ümumi şəkildə Allahın endirdiyini inkar etmək.

İkinci küfrə misal: Xüsusi şeyləri inkar etmək, məs, İslamda fərz olan şeylərinin birini inkar etmək, yaxud hər hansısa haramlardan birini inkar etmək, yaxud Allahın özünə vəsf etdiyi sifətlərdən birini inkar etmək, yaxud bilərəkdən Allahın xəbər verdiyi bir məsələni inkar etmək, lakin bunları cahilliyindən dolayı edən və ya təvil edərək inkar edən üzrlüdür. Hədisdə keçək kişinin Allahın qüdrətini inkar etdiyinə görə kafir olmadığı kimi bunları edən insan təkfir olunmur". ("Mədəricus-Salikin" kitabı).

Şeyx Useymindən (Allah ona rəhm etsin) soruşurlar: “İnsan əqidə məsələlərində üzrlü ola bilərmi?”

Şeyx belə cavab verir: “Cahilliyin üzrlü olması dinin bütün məsələlərində vardır, çünki Uca Allah buyurur: “Biz elçi göndərməmiş heç kəsə əzab vermirdik” (əl-İsra, 15), ”Allah bir qövmü doğru yola yönəltdikdən sonrauzaqlaşmaları zəruri olan şeylərdən onları xəbərdar etməyincə onları həmin yoldan azdırmaz. Həqiqətən, Allah hər şeyi bilir”. (ət-Tövbə, 115).

Bu barədə Quran və sünnədə dəlillər çoxdur. Dəlillər bildirir ki, cahil olan insan cahilliyinə görə dinin hansı məsələsində olursa olsun məsuliyyət daşımır". (Fətava, 2/ 128).

Sonra yenə Şeyxdən soruşurlar: “Bəzi insanlar deyirlər ki, “cahillikdə üzr görənlər murciə məzhəbinə daxil olanlardır” buna necə baxırsınız?” Şeyx cavab verərək buyurur: “Cahilliyin üzrlü olması Quran və Sünnədən götürülmüşdür. İnsanın cahilliyinə görə üzrlü olmamasına bir nəfər belə dəlil gətirə bilməz, çünki Uca Allah buyurur: “Biz müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın...” (ən-Nisa, 165). Əgər cahillik üzr olmasaydı, Rəsulların göndərilməsində heç bir fayda olmazdı. Quran və sünnənin dəlilləri cahilliyinin üzrlü olasını tələb edir. Bunu artıq bizdən qabaq alimlər bildirmişlər, İbn Teymiyyə kimi, Muhamməd ibn Abdul-Vahhab kimi". (Liqaət əl-Bəb əl-Məftuh, 33/ Sual 12, Hukmul-Murciə va Mən Yuzəru bicəhlihi).

Şübhə əhlinin batil iddialarından biri də budur ki, cəhalət yalnız fiqhi məsələlərdə üzrlüdür, əqidə məsələlərdə üzrlü deyil. Təbii ki, bu sadəcə atılan bir şübhədir. Bu şübhəyə Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Dini məsələri bu cür bölməyin əsli yoxdur. Bu nə səhabələrdən, nə tabiinlərdən, nə də ki, imamlardan gəlməmişdir. Bu mötəzilə əqidəsindən götürülmüş bir şeydir”. (Məcmuul-Fətava, 23/ 346).

Şeyx Rabi (Allah onu qorusun) buyurur: “Sələfilər - ən başda İbn Teymiyyə olmaqla - buyururlar ki, “İnsan əqidə məsələlərində cahil olduqda üzrlüdür. Əhli-Sünnədə cahil insana huccət qalxana kimi, onun üzrlü olması rəyi üzstündür”. (“Fətava fil-Aqiydə val-Mənhəc" birinci halqa).

Mövzular: