"Namaz qılmayana cənazə namazı qılmaq olmaz" şübhəsi
787 oxunma
English
Şübhə olaraq deyirlər ki, "namaz qılmayanın cənazə namazını qılmaq olmaz".
Şübhəyə cavab:
Bu haqda Şeyxul-İslam ibn Teymiyyəyə (Allah ona rəhm etsin) sual vermişlər. Sualda deyilir: "Namaz qılmayan insana cənazə namazı qılmağın savabı var, yoxsa yox? Onun namaz qılmadığını bildiyi üçün cənazə namazını tərk edənə günah varmı? Eləcə də şərab içən və namaz qılmayan kimsənin halını bilənin ona cənazə namazı qılması icazəlidirmi?"
İbn Teymiyyə (Allah ona rəh etsin) cavab olaraq belə buyurur: "Kim özündə İslamı izhar edərsə, ona zahiri İslam əhkamları tətbiq olunur: Nigah, vərəsəlik (miras), ölsə (meyitini) yumaq, cənazə namazını qılmaq, müsəlman qəbristanlığında dəfn etmək və s. Lakin kim bilsə ki, bu insanda nifaq, zındıqlıq (dinsizlik) var, ona cənazə namazı düşmür və ya qılınmır. Hətta İslamı izhar etsə belə, çünki Allah Öz Rasuluna (salləllahu aleyhi və səlləm) münafiqlər üçün cənazə namazı qılmağı qadağan edib. “Heç vaxtonlardan ölmüş birkəsincənazə namazını qılma, qəbrininbaşındadadurma. ÇünkionlarAllahı və OnunElçisiniinkaretdilərvə günahkarolaraq öldülər”. (ət-Tövbə, 84); “Sənonlar üçünbağışlanmadiləsəndə, diləməsəndə, fərqiyoxdur. Allahonları bağışlamayacaqdır. Şübhəsizki, Allahfasiqadamları doğruyolayönəltməz”. (əl-Münafiqun, 6).
Lakin kimin imanı olduğu halda zahirində fasiqlik biruzə verərsə, məsələn - böyük günah sahibləri kimi - onlara bəzi müsəlmanların cənazə namazı qılmaqları mütləqdir. Kim onun əməlini bilib ona namaz qılmaqdan imtina edərsə, bunda heç bir günah yoxudur. Necə ki, Allah Rasulu (salləllahu aleyhi və səlləm) özünü öldürənə, borclu halda ölənə, qənimətlərdən oğurlayana namaz qılmırdı. (Bununla bərabər qadağan etmirdi). Həmçinin, bir çox sələflər də bidət əhlinə cənazə namazı qılmaqdan imtina etmişlər. Cundəb ibn Abdullah əl-Bəcəli (Allah ondan razı olsun) buyurur: “Bir gün oğlum mənə dedi: “Mən axşam o qədər yemişdim ki, az qaldım yeməkdən olüm”. Abdullah əl-Bəcəli (Allah ondan razı olsun) də ona deyir: “Əgər sən bu şəkildə ölsəydin, mən sənə cənazə namazı qılmazdım”. Yəni, “sən özünü öldürmüş kimisən”. Onlara cənazə namazını qılmağı tərk etmək onları böyük günahları tərk etmələri üçündür. Əgər məsləhət olsa ki, bu boyük günah sahibləri günahlarını tərk edib tövbə edəcəklər, onda belə insanlardan ölənlərin cənazə namazlarını tərk etmək yaxşı şeydir. Əgər bu halda ölənlərin cənazə namazlarını tərk etmək məsləhət deyilsə, bu daha yaxşıdır. Onun üçün zahirdə və batində bağışlanma diləməkdə heç bir problem yoxdur. O kimsədən ki, nifaq bilinmir və özünü müsəlman sayır, onun üçün bağışlanma diləyib cənazə namazını qılmaq lazımdır. Necə ki, Uca Allah buyurur: “Sən həm öz günahlarının, həm də mömin kişilərlə mömin qadınların bağışlanmasını dilə...”. (Muhəmməd, 19). Kimdə böyük günahlar bilinərsə, ona cənazə namazı qılıb-qılmamaqda şəriətin məsləhətinə qayıdılır. Doğrusunu Allah bilir. (Fətava əl-Kubra, 9/ 369, 3-cü cild, 18-ci səhifə).
Şübhə olaraq deyirlər ki, "namaz qılmayanın cənazə namazını qılmaq olmaz".
Bu haqda Şeyxul-İslam ibn Teymiyyəyə (Allah ona rəhm etsin) sual vermişlər. Sualda deyilir: "Namaz qılmayan insana cənazə namazı qılmağın savabı var, yoxsa yox? Onun namaz qılmadığını bildiyi üçün cənazə namazını tərk edənə günah varmı? Eləcə də şərab içən və namaz qılmayan kimsənin halını bilənin ona cənazə namazı qılması icazəlidirmi?"
İbn Teymiyyə (Allah ona rəh etsin) cavab olaraq belə buyurur: "Kim özündə İslamı izhar edərsə, ona zahiri İslam əhkamları tətbiq olunur: Nigah, vərəsəlik (miras), ölsə (meyitini) yumaq, cənazə namazını qılmaq, müsəlman qəbristanlığında dəfn etmək və s. Lakin kim bilsə ki, bu insanda nifaq, zındıqlıq (dinsizlik) var, ona cənazə namazı düşmür və ya qılınmır. Hətta İslamı izhar etsə belə, çünki Allah Öz Rasuluna (salləllahu aleyhi və səlləm) münafiqlər üçün cənazə namazı qılmağı qadağan edib. “Heç vaxt onlardan ölmüş bir kəsin cənazə namazını qılma, qəbrinin başında da durma. Çünki onlar Allahı və Onun Elçisini inkar etdilər və günahkar olaraq öldülər”. (ət-Tövbə, 84); “Sən onlar üçün bağışlanmadiləsən də, diləməsən də, fərqi yoxdur. Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq adamları doğru yola yönəltməz”. (əl-Münafiqun, 6).

Mövzular: