Şübhə olaraq deyirlər ki, “əməl yoxdursa, iman da yoxdur”, yəni insan günaha görə Cəhənnəmə düşəcəyini, tərk edəcəyi təqdirdə Cənnətlə mükafatlandırılacağını bilirsə, lakin günah edirsə, deməli bu insanın qəlbində iman yoxdur. İman olsaydı əməl edərdi”.
Şübhəyə cavab:
Peyğəmbər (salləllahu aleyhi və səlləm) müsəlmanı öldürənin, qadına heyz vaxtı yaxınlaşanın, özünü atasından başqasına nisbət edənin, ox atmağı öyrəndikdən sonra onu tərk edənin və s. kafir olduğu və ya imanının olmadığını qeyd etmişdir. Lakin, bu onların kafir olaraq Cəhənnəmdə əbədi qalacaqları mənasına gəlmir. Həmçinin, vacibliyinə inanaraq namazı tərk edənin küfrü ilə əlaqələndirib, onların Cəhənnəmdə əbədi qalmalarını söyləmək düz deyil. Aşağıda qeyd edəcəyimiz hədislər zahirən bu əməlləri edənin küfr etdiklərini bildirməkdədir. Amma bu, onların kafir olması mənasına gəlmir. Burada nəzərdə tutulan dindən çıxarmayan böyük günahlardır.
Səd ibn Ubeydə belə deyir: “İbn Ömər (Allah ondan raz olsun) bir kişinin Kəbəyə and içdiyini eşitdi və buyurdu: “Kəbəyə and içməyin, çünki mən Allah Elçisinin (salləllahu aleyhi və səlləm) belə buyurduğunu eşitmişəm: “Allahdan başqasına and içən küfr və ya şirk etmişdir”. (əl-Hakim, 7814; ət-Tirmizi, 1535. əl-Albani səhih olduğunu bildirmişdir).
«سِبَابُ الْمُسْلِمِ فُسُوقٌ وَقِتَالُهُ كُفْرٌ»
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Müsəlmanı söymək fasiqlik, ona qarşı vuruşmaq isə küfrdür”. (Muslim, 64).
“Kim aybaşı olan qadınla və ya qadına arxa orqanından yaxınlıq edərsə, yaxud sehrbazın yanına gəlib onun dediklərini təsdiqləyərsə, artıq Muhəmmədə (salləllahu aleyhi və səlləm) nazil olanı inkar etmişdir”. (ət-Tirmizi, 135; İbn Macə, 639; Əhməd, 9279, 10170; əd-Dərimi, 1136. əl-Albani səhih olduğunu bildirmişdir).
“Kim bilərəkdən doğma atasının deyil, başqa birisinin oğlu olduğunu iddia edərsə, küfr etmiş olar. Kim özünün heç bir qohumluq əlaqəsi olmadığı bir qəbiləyə mənsub olduğunu iddia edərsə, qoy Cəhənnəmdəki yerini tutsun” (əl-Buxari, 3508).
Şübhə olaraq deyirlər ki, “əməl yoxdursa, iman da yoxdur”, yəni insan günaha görə Cəhənnəmə düşəcəyini, tərk edəcəyi təqdirdə Cənnətlə mükafatlandırılacağını bilirsə, lakin günah edirsə, deməli bu insanın qəlbində iman yoxdur. İman olsaydı əməl edərdi”.
Mövzular: