"Qəbirdə filankəsə bidətçi deməyin haqqında soruşulmayacaqsan" şübhəsi

English

Mumeyyilər belə bir şübhə yayırlar - "Sən qəbrində filankəsə və filankəsə bidətçi deməyin haqqında soruşulmayacaqsan..."

Şübhəyə cavab: 

Şeyx Muhamməd ibn Hədi əl-Mədxəli (Allah onu qorusun) bu şübhəni belə dəf edir:

Sual verən: "Allah sizi qorusun, "mən sənə zəmanət verirəm ki, sən qəbrində filankəsə və filankəsə bidətçi deməyin haqqında soruşulmayacaq, yalnızca dinin, peyğəmbərin və Rəbbin haqqında soruşulacaqsan" deyən kəs barədə rəyiniz nədir?"

Şeyx belə cavab verir: "Əlhəmdulilləh, bunda Alaaha and içmək var. Bu sözün sabihi (gələcəyi) üçün qorxulur. Sən isə ona de; "Bəli, doğrudur! Dinin, peyğəmbərin və Rəbbin haqqında, bu üç sual haqqında soruşulacaqsan". Peyğəmbərin (salləllahu aleyhi və səlləm) haqqındakı sualın içinə bu da daxildir və gələcəkdir ki; "Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: "Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim! Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım!" (əl-Furqan, 27-28).

Bidət və zəlalət dəvətçiləri səni Allah Elçisinin (salləllahu aleyhi və səlləm) yolundan azdırırlar. O zaman soruşulacaqsan və deyəcəksən: "Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım!" Zənn etmirəm ki, bu sözü deyən bu kəs Allahın Kitabına və təfsirinə faydalanmaq üçün baxıb və yaxud da baxıb, lakin nəfsi və ya şəhvət istəyi, başcı olmaq sevgisi, ya da filankəsə və bəhmankəsə (bidətçilərə) yardım etmək üçün həvası ona qalib gəlmişdir. Uca Allah bu sözün sahibini və qəlbində olanı daha yaxşı bilir. Siz indi dəlili eşitdiniz.

"O gün Allah onları çağırıb: "Elçilərə nə cavab verdiniz?"– deyəcək. O gün xəbərlər onlardan gizli qalacaqdır. Onlar bir-birindən heç bir şey soruşa bilməyəcəklər. Tövbə edib iman gətirən və yaxşı işlər görən kimsəyə gəlincə, ola bilsin ki, o, nicat tapanlardan olsun". (əl-Qasəs, 65-66). (Bburada) "elçilərə nə cavab verdiniz" sualına, əgər bu peyğəmbərə tabe olubsa, deyəcək: "Allahın Elçisinə iman gətirdik, onu təsdiqlədik və ona tabe olduq". Əgər bundan başqa bir şeydirsə, o zaman; "(özünü itirərək) mmm..? mmm..? bilmirəm.." və Qiyamət günü də

"Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: "Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim! Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım! Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o məni ondan uzaqlaşdırdı". Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır". (əl-Furqan, 27-29) - deyəcək.

Mən qorxuram ki, filankəsə və bəhmankəsə (bidətçilərə) yardım etmək üçün bəzi kəslərə həvası qalib gələr və (bununla da) Uca Allahın Kitabını onlara unutduracaq hiyləgərlər (dəvətçilər) gəlsin. Əgər onu qəlbən əzbərləmişsə, lakin yenə də Allahın Kitabını və onda təfəkkür, tədəbbür etməyi onlara unutduracaqlar. Allahdan bizi (dində) ayağımızın sürüşməsindən qorumasını, sözdə və əməldə axmaqlıq etməkdən qorumasını istəyirik. Bu batil bir sözdür, ona fikir vermək lazım deyil. Bu sözü deyən isə Uca Allaha and içməməlidir və öz nəfsinə görə Uca Allahdan qorxması lazımdır".

https://www.youtube.com/watch?v=zkHcCCnwwTw&feature=youtu.be