"Xəvariclərin məscidlərində namaz qılmaqda heç bir problem yoxdur" şübhəsi

English
Şübhə gətirirlər ki, "xəvariclərin məscidlərində namaz qılmaqda heç bir problem yoxdur və Əşari, Maturidi və sufilərin məscidlərinə gedib namaz qılmaqdan daha yaxşıdır".
Şübhəyə cavab: 
Əksinə, xəvariclərin zərəri daha böyükdür və ona görə də onların məscidlərində namaz qılmaq digərlərinin məscidlərində namaz qılmaqdan daha təhlükəlidir. Belə halda onların şübhələrinə və bidətlərinə yoluxmaq təhlükəsi var. Belə bir qayda var; “əgər seçimdə iki zərər varsa, ən az olanı seçirsən”. Əşarilərin və digər firqələrin zərəri xəvariclərdən daha azdır, çünki xəvariclərin bidəti ən təhlükəli bidətlərdəndir. Hətta, cahil insanla xəvaric arasında seçim edəndə cahil və asilik edən insana üstünlük vermək lazımdır.