"Cərh" sözü "yaralamaq" sözündəndir. Yəni, həmin kəsə cərhə səbəb olan hər hansı bir şeyə görə tənə etmək, yaralamaq. Ola bilsin cərh insanın yaddaşına aid olsun - əgər hədis raviləri barəsində danışılırsa, ola bilsin dininə bağlı olsun. Birinci halda o kəsdən hədis götürülməsə də belə, lakin ona bidətçi deyilmir. Həmin kəs Əhli-Sünnədən də ola bilər və bu cür ravilər çox olub. Lakin ikinci halda, yəni dininə bağlı səbəbə görə cərh olunarsa, əgər həmin kəs Əhli-Sünnədəndirsə, barəsində təriflər varsa, onda cərh təfsilatlı olmalı və səbəbi bəlli olmalıdır. Bu halda deyilir ki, təfsilatlı cərh tərifdən öndədir. Bu qayda üzərində hədis əhli artıq ittifaq etmişlər.
Cərh və tədil elmi hədislərin zəif və ya səhih olmasını müəyyənlədirmək üçün əsas elm sayılmışdır. Günümüzdə isə əsasən bidətçiləri Əhli Sünnədən ayırmaq üçün istifadə olunur.
İmam Əhmədin oğlu Abdullah (Allah ona rəhm etsin) deyir: “Bir gün Əbu Turab atamın yanına gəldi. Atam dedi: “Filan ravi etibarlı deyildir, filan ravi isə etibarlıdır”. Əbu Turab: “Ey Şeyx! Alimlər barəsində qeybət etmə!” dedi. Atam: “Vay sənə! Bu qeybət deyil, öyüddür” dedi”. (Tarixul-Bağdadi, 12/ 316).
İmam əl-Auzai (Allah ona rəhm etsin) demişdir: “Əgər bidətlər yayılsa və elm əhli onları pisləməsə, onda insanlar bidətləri sünnəyə çevirərlər”. (Şərəfu Əshabil-Hədis, 19).
İmam Əbul-Fadl əl-Həmdani (Allah ona rəhm etsin) demişdir: “Bidət əhli və hədis uyduranlar (din üçün) kafirlərdən daha şərlidir. Çünki, kafirlər dini üzdən xarab etmək istəyirlər, onlar isə içəridən xarab etməyə çalışırlar. Onlar şəhər divarları arxasında olan insanlar misalındadırlar. Şəhərdəki vəziyyəti xarab etmək üçün, çöldə olan kafirlərə qala qapılarını açırlar. Onlar İslam üçün kafirlərdən daha şərlidirlər”. (İbn əl-Cauzi “əl-Mauduat”, 1/ 51).
Şeyx Rabi əl-Mədxəli (Allah onu qorusun) buyurur: “Allah bilir ki, bizim bidət əhlinə olan rəddiyyəmiz, ancaq bidət və bidət əhlinə aldanmışları xilas etmək üçündür”. (əl-Məcmu, 5/ 320).
Şeyx İbn Bəzz (Allah ona rəhm etsin) demişdir: “Əgər Sünnə əhli sussa, Quran və Sünnə müxaliflərinin səhvlərini açıqlamazsa, bununla qəzəb altında olan və azmış Kitab əhlinə bənzəmiş olarlar”. (Fətava İbn Bəzz, 3/ 72).
Şeyx İbn Bəzə (Allah ona rəhm etsin) sual verilir: "Bidət əhlini tərif edən birisi bidət əhlinin hökmünə düşürmü?"
Şeyx İbn Bəzz (Allah ona rəhm etsin) buyurdu: "Bəli, bunda heç bir şəkk-şübhə yoxdur! Onları mədh edən, onları tərif edən onlara (onların yoluna) dəvət etmiş olur. Həmin adam da o dəvətçilərdəndir. Allahdan bağışlanma diləyirik. Tövfiq Allahdandır." (“Fədlul-İslam” Bidətin böyük günahlardan daha təhlükəli olması – başlıqlı dərsinin sonundakı sual).
Şeyx Fovzana (Allah onu qorusun) sual verilir: “Allah sizi muhafizə etsin! Bidət əhlinə rəddiyyə vermək Peyğəmbərin (alləllahu aleyhi və səlləmin) yoludurmu, yoxsa insanların arasında təfriqə istəyənlərin icad etdiyi bir şeydirmi?”
O cavab verir: "Qardaşım, Quranı bir oxu! Quranda yəhudilərə , muşriklərə, munafiqlərə və xəta edənlərə nə qədər rəddiyyələr var! Quranın özündə Allah bir cox ayələrdə bunlara rəddiyyə etmişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) hədislərdə rəddiyyə etmişdir. Hətta, Sələfi alimləri rəddiyyə ediblər. Muxaliflərə rədydiyə etmək vacibdir. Bu İslam və musəlmanlara nəsihətdir. Xəta etdiyində susmamalıyıq. “Bu filankəs camaatı bölür” deyib, insanlara xoş görünmək bizim işimiz deyil. Haqqı demək nə zaman təfriqə bölünmək olub? Başını burax bunların qoy ayrılsınlar, hətta uzaqlaşsınlar. Mömin isə haqqla fərəh sevinc duyar. Xətası üzünə deyildiyində sevinər və xətasından dönər”. (Şeyx Fovzanın - Alllah ona rəhm etsin - səsli yazısından).
İmam Bərbəhəri (Allah ona rəhm etsin) deyir: “Bidət əhlinin misalı əqrəblərin misalındadır. Əqrəblər başlarını və bədənlərini torpağın altında basdırır, quyruqlarını isə torpaqdan bayırda saxlayırlar. Fürsət düşən kimi sancırlar. Eyni ilə də bidət əhli, onlar da insanların arasında gizlənir, fürsət düşən kimi istədiklərini yayırlar”. (Tabaqatul-Hənəbilə, 2/ 44).
Sufyan əs-Səuri (Allah ona rəhm etsin) Bəsrəyə gəldikdə, əhalidən Rabib ibnus-Subeyh haqqında soruşur. Onlar deyirlər: “Əhli Sünnədəndir”. Sufyən əs-Səuri onun dostu haqda soruşduqda isə deyirlər: “O Qədəridir”. Sufyən əs-Səuri (rahiməhullah) buyurur: “Xeyr, o da Qədəridir. "Ey iman gətirənlər! Sizlərdən olmayanı özünüzə sirdaş tutmayın”. (Ali-İmran, 118).
Haris ibn Əsəd əl-Muhasibi və onun kitabları haqda Əbu Zuraya (Allah ona rəhm etsin) sual verirlər, o deyir: “Nəbadə bu kitablara yaxın durasan! Bu kitablarda bidət və zəlalət var. Sən əsərlərə bağlan”. Ona dedilər: “Axı bu kitablarda ibrətlər var!?” O dedi: “Əgər bir insan üçün Allahın Kitabında ibrət yoxdursa, bunda da ibrət yoxdur”. Sonra dedi: “İnsanlar bidətə doğru necə də sürətlə qaçırlar!” (ət-Təhzib, 2/ 117; Tərixu Bağdad, 8/ 215).
İmam Əhməd (Allah ona rəh etsin) əl-Muhasibi haqda soruşulanda demişdir: “Sən ona fikir vermə! O, pis adamdır. Onu danışdırma! Onun heç bir hörməti yoxdur”. (Raci, 49).
Cərhdə icma şərtdirmi?
Cərhdə icma və ya cumhur şərt deyil. Bu qayda qəbul olunsa, biz görəcəyik ki, bir çox bidətçilərin cərh olunmasında icma və ya cumhur yoxdur. Təfsilatlı cərhin təadildən öndə olması cərhdə icmanın olmamasının dəlillərindədir. Belə ki, cərhdə icmanın olmasını qəbul etsək, onda o bidətçilər ki, ayrı-ayrı dövrlərdə müxtəlif alimlər tərəfindən cərh olunublar, icma olmadığına görə onlara bidətçi sayılmayacaqlar. Hədis alimlərinin həyatından da bilmək olur ki, bəzi hədis alimləri bəzi ravilər haqda məlumatlı olmayıblar.
Şeyx əl-Albani (Allah şeyxə rəhm etsin) deyir: "Cərh edən şəxs lap bir nəfər olsa da belə və etdiyi cərhində də xəta etdiyi bilinmirsə, onda onun cərhi tədil edənlərin hamısının, hətta cümhur olsalar belə onlardan önə çəkilir”. (“Silsilə Hudə van-Nur” 3; 01:18-ci dəqiqə).
Şeyx Rabi ibn Hədi əl-Mədxali (Allah onu qorusun) buyurur: "Bu hal bu günkü gündə sahədə mövcud olan və uzanıb gedən fitnələrdən biridir. Baxmayaraq cavanlardan çoxu haqqı bilirlər ki, bir kəsi bidətçi görməkdə və ya cərh etməkdə icmanın olması şərt deyildir. Əksinə, cərh və tədildə bir nəfərin sözü kifayətdir. Əgər bir kəsi bir neçə elm əhli cərh edər və ya bidətçi görərsə, haqqı axtaran müsəlmana bu kifayət etməlidir. Amma həva sahibinə isə heç bir şey kifayət etmir və gedib hörümçək torundan yapışırlar.
Ola bilsin ki, (elm əhlindən) bəziləri məşğul olduqları üçün bu cərhdən elmsiz qalmışlar. Lakin başqaları isə (onun halına, dediklərinə) baxıblar, öyrəniblər və biliblər ki, bu kəs cərh olunmuşdur, cərh olunmağa haqlıdır, çünki yalançıdır, çünki ədalətdən düşmüşdür, çünki alimlərə tən edir, çünki Sələfi mənhəcinə və əhlinə qarşı müqavimət göstərmək üçün xarab usullar, qaydalar icad edir. Bütün bunları bilib, sonra da heç edilməsi lazım olmayan nəsihətlər etdi, bəyanlar verdi və o da bunlardan öz döndərdikdən sonra bu kəsi bidətçi görməyə məcbur olmuşlar. Belə olduqda o hörümçək torundan yapışan kəsin hansı üzrü qalır?! Yalnız başlayır deməyə ki, "filankəs onu tərifləyib", "onun bidətçi olmasında icma etməyiblər".
Bu kəsi bidətçi görməyənlər iki qismdir:
Birinci qism: onun sözlərini öyrənməyənlərdir, bunlar üzrlüdürlər.
İkinci qism isə, onun dediklərini, qaydalarını öyrəniblər, sonra da gedib onun batillərini müdafiə edirlər. Bu insanlar onun bitillərini öyrəniblər, tanıyıb, biliblər, sonra da bu bidətçini himayə etməyə üz tutublar. Bu kəslərin heç bir qiyməti yoxdur.
Susanların susmağında heç bir hüccət yoxdur.
Hüccət o insanda olanları bəyan edib, onu cərh edənlərdədir. Haqqı götürmək insaflı kəsə vacib olan şeydir, çünki hüccət onlardadır. Yoxsa ki, hörümçək torundan yapışan kəslərdə Allahın qarşısında heç bir üzr yoxdur. Allah sizə bərəkət versin.
(Səhih əl-Buxaridən fitnələr kitabının şərhi 166-cı dəqiqədən sonra).