"Silsiləli təbdi icazəli olmadığı üçün cərh edilmiş şəxslərdən çəkindirmirik" şübhəsi

English

Silsiləli təbdinin haram olması haqda alimlərin fətvalarını gətirərək Hələbini və onu dəstəkləyənlərdən çəkinməyin vacib olmadığını "kim hansı rəyi istəyirsə, o rəyi götürsün" deyərək şübhə yayırlar.

Şübhəyə cavab: 

Təfsilatlı cərhdə alimlər cərh edilmiş şəxsin xətalarını sadalayıb ona elmi dəlillərlə rəddiyyə verirlər və həmin şəxsə fikrindən dönməsini nəsihət edirlər. Nəsihət fayda vermədikdə həmin şəxs təbdi olunur (bidətçi elan olunur) və artıq o insandan çəkinmək (ondan elm götürməmək) lazımdır. Şeyx əl-Albani (Allah ona rəhm etsin) deyir: "Cərh edən şəxs lap bir nəfər olsa da belə və etdiyi cərhində də xəta etdiyi bilinmirsə, onda onun cərhi təadil edənlərin (tərifləyənlərin) hamısının, hətta cümhur olsalar belə onlardan önə çəkilir”. (“Silsilə Hudə van-Nur” 3-cü kaset, 01:18-ci dəqiqə). Daha ətraflı: Silsiləli təkfir və təbdi haramdır- şeyx Albani