Nə üçün cərh məsələlərində şeyx Rabinin sözü önə çəkilir?

English

Şeyx Əli ibn Huseyn əl-Huzeyfiyə belə bir sual verilir: “Bəzi insanlar şeyx Rabinin bəzi cərh olunmuşlar barədə sözünü, şeyx Rabinin onları cərh etməsini rədd edirlər, misal üçün Əbul-Həsən əl-Məribi, Əli Hələbi və s. Başqa hörmətli şeyxlərin bunlar barədə təzkiyyələrini dəlil gətirirlər və deyirlər ki, "bu məsələdə şeyx Rabiyə müxalif olanlar şeyx Rabinin şeyxləri yerindədirlər". Bu kəslərə necə cavab verək?”

Cavab: “Həmd aləmlərin Rəbbi Allaha məxsusdur və şahidlik edirəm ki, salehlərin Vəlisi (dostu) olan Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir. Bəzən hörmət və fəzilət sahibləri kiminsə hökmü və ya hansısa dəstənin və s. hökmü barədə ixtilaf edirlər. Cərhlə tədil ziddiyyət təşkil etdikdə, aşağıda gələnlərə riayət etmək lazımdır:

 

Birincisi: İnhirafları (düzgün yoldan azanları) görən, bilən alimin sözü başqa alimlərin sözündən önə çəkilir.

Alimlər insanları tanımaqda fərqlidirlər. Azmış kəsin yazdıqlarını oxuyan, kasetlərini izləyən, barəsində şahidlərin sözlərinə qulaq asan, hallarını öyrənməkdə vaxtını uzun-uzadı sərf edən alim o kəslər barədə oxumayan alim kimi deyildir. Kim bu iki tərəfi eyni tutarsa, o, ya cahildir, ya da həva sahibidir (nəfsinə uyandır) ki, elm əhlinin sözlərindən şaz olanlara (elmə müxalif olanlara) tabe olur. Buna misal olaraq Əbul-Həsən əl-Məribini gətirək. Şeyx Rabi bu kəsi onun fitnəsi ortaya çıxmamışdan səkkiz il öncədən tanıyırdı. Əbul-Həsən fitnələrini ortaya çıxardıqda, inhiraflarını (azğınlıqlarını) açıq-aydın göstərdikdə, şeyx Rabi onun barəsində danışdı və bir neçə məqalədə ona rədd yazdı. Mən, şeyx Rabini ziyarət etdikdə məndən soruşdu ki, “Əbul-Həsənın yanında elm almısanmı?”, dedim ki, “Bəli”. Mənə dedi: “Onun yanında Seyyid Qutubun “Məalim fi ət-Tariq” kitabını keçmisənmi?” Dedim ki, “Xeyr, şeyx, bunu keçməmişəm, çünki artıq mənim gəlişimdən öncə o kitabı keçib bitirmişdi. Onun yanında Saləh əs-Savinin “ət-Tariqu ilə Cəməati əl-Muslimin” kitabını keçdik”. Şeyx gülərək dedi: “Allahu Əkbər! Saləh əs-Savinin kitabı...!” dedim ki, “Bəli, şeyx. Guya ona rədd edirmiş kimi o kitabı keçirdi”. Şeyx Rabi Əbul-Həsənə yazdığı rədlərindən birində mənim və bəzi qardaşların Əbul-Həsəndən belə eşitməyimiz barədə şəhadətimizi gətirib: “Əbul-Həsən deyir: “İxvanul-muslimin (müsəlman qardaşlar) Əhli Sünnədəndir”. Sözümün canı budur ki, şeyx Rabi insanlardan Əbul-Həsən barədə soruşur, şahidlərin sözlərini hər tərəfli öyrənir, gələn xəbərləri dəqiqləşdirir və kasetlərə çox-çox qulaq asırdı. Şeyx Rabi ona olan bəzi rədlərində deyir: “Heç kəs fitnələr vaxtı Əbul-Həsən kimi kasetlər buraxmamışdır”. Xatirimdədir, Əbul-Həsən fitnəsi vaxtında hörmətli qardaşımız Əbu Muaz Abdur-Rauf Ubbəd Səudiyyəyə gəldi, bəzi qardaşlarla birgə onu ziyarət etdik və şeyx Rabi barədə sual verdik. Dedi ki, “Allah şeyxə kömək etsin, bu günlərdə şeyx çox məşğuldur. Əbul-Həsənə rəddiyyə yazır deyə kitabxanalarda araşdırmalar edir, uzun-uzadı olaraq çox vaxtını orada qalır”. Bundan sonra necə ola bilər ki, Əbul-Həsəni eşitməyən, dediklərini öyrənmək üçün kitab və kasetlərini izləməyə uzun-uzadı vaxt sərf etməyən, heç kimdən onun barədə soruşmayan və şahidləri dindirməyən kiminsə sözü şeyx Rabinin sözünün önünə gətirilsin?! Mədinədə olan hörmətli şeyxlərdən birini evində ziyarət etdim. Bəzi suallar verdim, onun Muhəmməd ibn Muhəmməd Muxtar Şinqiti barədə mənə çatan sözü haqda soruşdum. Bu da Muhəmməd ibn Muhəmməd Muxtar Şinqitinin azğınlıqları yayıldıqdan sonra idi. Mənə dedi ki, “Ona qarşı danışmamışam”. Soruşdum ki, “Şeyx, onun yanında elm almaq olarmı?”, dedi ki, “Problem yoxdur”. Bu şeyx bu sözü Mədinə şeyxləri Muhəmməd ibn Muhəmməd Muxtar Şinqitidən çəkindirdikləri vaxtlarda dedi. Bu yaxınlarda eşitdim ki, həmin şeyx Peyğəmbər (salləllahu aleyhi və səlləm) məscidində dərs deyənlərin heç birinin dərslərində oturmağı qadağan etmir.

 

İkincisi: Bir sahədə mütəxəssis olanın sözü başqasının sözündən öndədir.

Bir məsələdə mütəxəssis olan qazinin sözü başqa qazilərin sözündən öndədir, hansısa sahədə mütəxəssis olan həkimin sözü başqa həkimlərin sözündən öndədir, hansısa ölkənin tarixində mütəxəssis olan tarixçinin sözü başqa tarixçilərin sözündən öndədir, mütəxəssis alimin hökmü başqa alimlərin hökmündən öndədir. Bu da məlum bir məsələ olub, heç bir açıqlamağa ehtihac olmayan bir işdir və insanlar da bu qaydadan kənara çıxmırlar, çıxsalar da yalnız müəyyən çərçivədə çıxa bilərlər. İnsanlar barədə, xüsusən də Əhli Sünnə aralarına soxulmuş kəslər barədə mütəxəssis olanın sözü başqalarından seçilir. İki nəfər: birinə Uca Allah insanları tanımaqda güclü, mahir qabiliyyət, hallarını və yollarını öyrənməkdə çox qəribə olan geniş istedad, bacarıq vermişdir, o biri isə bu şeylərdə az elmə malikdir, heç bu ikisinin arasını eyni, bərabər, bir tutmaq olarmı?!.. Miladi tarixi ilə doxsanıncı illərin əvvələrində sələfilərin arasına soxulmuş qutbiləri üzə çıxarmaqda Mədinə şeyxlərinin - misal olaraq şeyx Rabinin, şeyx Ubeyd əl-Cəbirinin, şeyx Muhəmməd Əmən əl-Cəminin, şeyx Muhəmməd ibn Hədi əl-Mədxalinin və başqalarının çox böyük rolları olmuşdur. İş o yerdə idi ki, Səudiyyənin böyük alimləri bunların sözlərinə qayıdırdılar. Əhli Sünnənin böyük alimləri bildilər ki, bu qutbilər İslam ölkələrini Cəhənnəmə aparmaq istəyirlər. Həmçinin də sələfilərin aralarına soxulmuş həddadiləri üzə çıxarmaqda Mədinə şeyxlərinin böyük rolu olmuşdur. İndiyədək bir çox bidət əhlini və azğınları üzə çıxarmaqda Mədinə şeyxlərinin böyük əməyi vardır.

 

Üçüncüsü: Təfsilatlı cərh mücməl tədildən öndədir.

Bir şəxsi və ya dəstəni cərh edən, onların azğınlıqlarını bəyan edənin sözü başqasının sözündən öndədir. Buna görə də şeyximiz Muqbil ibn Hədil-Vadii (Allah ona rəhm etsin) “Hikmət cəmiyyəti”ndən çəkindirdikdə, şeyx İbn əl-Useymin (Allah ona rəhm etsin) həmin cəmiyyəti tərifləyirdi. Belə olduqda da “Hikmət cəmiyyəti” şeyx İbn əl-Useyminin təzkiyyəsini bizə qarşı gətirirdi. Onlar şeyx İbn əl-Useymindən ancaq xeyriyyəçilik əməlləri barədə soruşmuş, şeyx də onları tərifləmişdir, lakin şeyx Muqbil isə onların xeyriyyəçilik əməllərinin arxasındakı azğın əməllərini, misal olaraq (öz böyüklərinə) beyət etmələrini, təkfir, siyasi əməllər, “ixvanul- muslimin” partiyasını dəstəkləmək, Əhli Sünnə alimlərindən çəkindirmək və s. kimi əməllərini bilirdi. Buna görə də şeyx Muqbil bilirdi ki, onlar sadəcə xeyriyyəçilik əməllərinin arxasında gizlənirlər və buna görə də onlar barədə danışdı. Buna bənzəri də Sədudiyyə şeyxlərindən bəzilərinin Abdul-Məcid Zindənini tərif etmələridir. Onu tərifləyənlər şeyx Miqbilin bildiklərini bilməmişlər. Şeyx Rabini onun əsrində yaşayan alimlər tərifləmişlər. Bunu da qeyd etmək bizim üçün sevimlidir ki, alimlərin şeyx Rabiyə verdikləri tərifləri bu əsrdə yaşamış, öz timsalında olan az alimdə görərsən. Bu əsrin bütün imamlarının hamısı onu tərifləmiş, səna etmişlər, hörmətli şeyx ibn Bəz, hörmətli şeyx Albani, hörmətli şeyx İbn əl-Useymin, hörmətli şeyx Saleh əl-Fövzan, hörmətli şeyximiz şeyx Muqbil, hörmətli şeyx Muhəmməd Əmən əl-Cəmi, hörmətli şeyx Saleh əl-Liheydən, hörmətli şeyx Əhməd ən-Nəcmi, hörmətli şeyx Zeyd əl-Mədxali və başqaları. Həmçinin də şeyx Rabinin əldə etdiyi ləqəbləri bu əsrdə az alimdə görərsən. Şeyx Albani onun barədə demişdir: “Şeyx Rabi cərh və tədil bayrağını daşıyandır”, şeyx İbn Bəz demişdir: “Ey şeyx Rabi, xətalara rəddiyyə ver, hətta xəta edən İbn Bəz olsa belə rəddiyyə ver”, şeyx İbn əl-Useymin demişdir: “Rabi barədə məndən soruşulmamalıdır, əksinə mənim haqqımda Rabidən soruşun”. Bu cavab İmam Əhmədin cavabıdır, İmam İshaq ibn Rəhaveyh barədə soruşulduqda İmam Əhmədin verdiyi cavabdır. Şeyx Muqbil demişdir: “Hizbiləri ən yaxşı tanıyan, bilən şeyx Rabidir. Şeyx Rabi kimə hizbi deyərsə, günlər keçəcək, bilinəcək ki, o, hizbidir”. Bütün bunların hamısı uca ləqəblərdir, bunlardan biri şeyx Rabinin insanları tanımaqda mütəxəssis olmasını bildirməsi üçün və başqa heç bir kəsin onun sahəsində, fənnində və ixtisasında ona tay, ona bərabər olmamasına və bu mövzuda hətta ona yaxın dura bilməməsinə bəs edər. O kəslər ki, şeyx Rabini başqalarına bərabər tutmaq istəyirlər, onlar ya Allahın şeyx Rabiyə əta etdiyi bu neməti tanımayan təkəbbürlü birisi, ya da ki, əslən şeyx Rabini tanlmayanlardır. Şeyx Rabinin xüsusən də hədis elmində bir çox əsərləri, kitabları vardır. Bütün bu əsərlər onun uca məkanına və dərin, sabit elminə dəlalət edir. Bunlardan: “İki imam arasında: İmam Muslim və İmam Dəraqutni arasında” bu əsər şeyxin magistr risaləsi idi. Malibəriyə rəddiyyə yazdığı “İmam Muslimin “Səhih” kitabında hədisləri tərtib etmə mənhəci və bu mövzuda şübhələrin puça çıxarılması” Abdul-Fəttəh Əbu Ğuddəyə və tələbəsi Muhəmməd Avaməyə rəddiyyə yazdığı “Hədislərin səhih, həsən və zəif növlərə bölünməsi”, “Ğazəlinin Sünnə və Sünnə əhli barədə mövqeyi” kitabı və hədis – elmində başqa kitabları vardır. Bütün bunların hamısında dərin və bol elmlər vardır. Bunlarla yanaşı başqa elmlərdə də yazdığı nə qədər kitabları vardır.

Şeyx Əli ibn Huseyn əl-Huzeyfi

3 şəvval 1438-ci il 27 iyun 2017-ci il