"İndiki zamanda bidətçilərlə oturmaqda heç bir problem yoxdur" şübhəsi

English

Şübhə gətirirlər ki, “bidət əhli ilə oturub-durmamaq sələflərin vaxtına aid idi, indi müsəlmanlar zəifdir, ona görə bidət əhli ilə oturub faydalanmaq olar”.

Şübhəyə cavab: 

Əksinə, indi şübhələr daha çoxdur. Onlarla oturub-durmamaq salamat mənhəcdə olanların öz mənhəclərini qorumaq xətrinədir. Bu daha şiddətli olmalıdır. Onlarla oturub-durmağa icazə verilsə, sufi, xavaric, rafizi və digər bidətlərə düşən insanların sayı çoxalacaq. Bidət əhli ilə oturub-durmamaq Əhli Sünnənin üsul qaydalarındandır. İnsan öz övladını pis uşaqlarla oturub-durmağa qoymur, onun pis vərdişlər etməməsinə, başqa insanların təsiri altına düşməməsi üçün nəzarət edirsə, necə ola bilər ki, əqidəsi xarab olan insanlarla oturub-durmağa icazə verilsin?! Düzgün əqidəni qorumaq üçün belə insanlarla oturub-durmaqdan necə çəkindirməmək olar?! Sələflər deyərdilər: “Mən razıyam ki, övladım zinaya düşsün və ya şərab məclisinə düşsün, amma razı deyiləm ki, övladım bidət məclisində olsun”.

Əbu Qilabə (Allah ona rəhm etsin) demişdir: “Bidət əhli ilə oturub-durmayın, onlarla qaynayıb-qarışmayın! Onların sizi öz zəlalətlərina salmayaqcaqlarına və ya sizin elmlə bilib tanıdığınız məsələlərdə sizi şübhəyə salmayacaqlarına əmin deyiləm”. (əl-Lələkai, 1/ 134; əl-İtisam, 1/ 172). Yəni, ya öz zəlalətlərinə salacaqlar, bu alınmasa, sizin yəqin olaraq bildiyiniz elmi məslələrdə şübhəyə salacaqlar. Ya öz şübhələrinə salır, müqavimət gördükdə, laxladıb buraxır. Bidət əhli bu daima bu iki yolun üzərindədirlər.