Allah bidətçidən tövbəni uzaqlaşdırmışdır və bidətçinin tövbəsi bəyanladır

English

Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “...Məndən sonra çoxlu ixtilaflar görəcəksiniz. Mən sizə mənim sünnəmə və hidayətdə olan Raşidi xəlifələrin sünnəsinə sarılmağınızı tövsiyə edirəm. Ondan arxa dişlərinizlə möhkəm yapışın. Sonradan uydurulan yeniliklərdən uzaq durun. Həqiqətən də hər bir bidət zəlalətdir”. (İbn Macə, 42. əl-Albani səhih olduğunu bildirmişdir). Biz də həmin yol ilə gedirik, lakin bundan başqasına etiqad edən və ya bundan başqası ilə əməl edən özünü necə vəsfləndirsə də, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yolu ilə getmiş sayılmır. Adlandırmada heç bir ibrət yoxdur, ibrət həqiqətlərdədir.

Auf ibn Məlik (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: “...İsrail övladları yetmiş iki millətə ayrılmışdı. Mənim ümmətim yetmiş üç illətə ayrlacaq. Bunlardan birindən başqa hamısı Cəhənnəmdə olacaq.” Səhabələr soruşdular: “O hansı millətdir, ey Allahın Elçisi?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Mən və mənim səhabələrimin üzərində olduğu millət”. (ət-Tirmizi, 2641, 2853. əl-Albani həsən olduğunu bildirmişdir).

Hansı camaatda bu əlamət varsa, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) yolu ilə gedirsə, o camaat haqq yoldadır. Qeyriləri isə camaat adlanmır və azğın firqələrdən bir firqə adlanır. Haqq odur ki, insanlar onun üzərində cəmləşirlər.

Batil isə insanları camaat etmir, dağıdır və firqə adlanırlar. Uca Allah buyurur: "Əgər onlar da siz iman gətirdiyinizə iman gətirsələr, doğru yola yönəlmiş olarlar. Yox, əgər üz döndərsələr, mütləq ixtilafa düşmüş olarlar. Onlardan qorunmaq üçün Allah sənə kifayət edər. O, Eşidəndir, Biləndir!” (əl-Bəqərə, 137).

Nə qədər böyük adlar olsa da haqla heç bir əlaqəsi yoxdur və batildir. Bir insan əqidədə sələfidir, mənhəcdə kiməsə müvafiqdir – bu batildir. Belə sələfi olmur. Həmin kəsdən qabaq mənhəcdə belə bir şey deyən olmayıbsa, artıq bidət etmiş sayılır.

Ona görə də bidətçilər asi olan insanlardan daha şiddətli şəkildə əzab çəkəcəklər. Bidət günahdan daha sevimlidir. Bidət şeytana günahdan daha sevimlidir, çünki günahkar insan günahına tövbə edir, bidətçilərin arasında isə tövbə edən çox azdır.

Ənəs ibn Məlik (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) belə buyurdu: “Həqiqətən, Allah hər bir bidət sahibindən tövbəni uzaqlaşdırmışdır”. (ət-Tabərani “Mucəmul-Əvsat” 4202, 4260). Digər rəvayətdə deyilir: “Allah hər bir bidət sahibi ilə tövbə arasında pərdə qoyub”. (əl-Beyhəqi “Şuabul-İman” 6846, 9010, 9011. əl-Albani “Silsilətul-Əhədisis-Sahiha”da (1620) səhih olduğunu bildirmişdir).

Ona görə Uca Allah bidətçi ilə tövbə arasında pərdə qoyub. Günahkar bilir ki, böyük günah edir, Allaha asilik edir. Amma bidətçi özünü haqq üzərində zənn edir, öz əməlini itaətdən sayır. Buna görə də bidət günahdan daha şərlidir. Buna görə də sələflər bidətçi ilə oturub-durmaqdan çəkindiriblər.

Həsənul-Bəsri (Allah ona rəhm etsin) deyərdi: “Bidət əhli ilə oturub-durma, çünki o, sənin qəlbini öldürəcək!” (əl-Mərvəzi “əl-Bidə” 113).

Fudeyl ibn İyad (Allah ona rəhm etsin) buyrmuşdur: “Kim bidət sahibi ilə oturub-durarsa, ona hikmət verilməz”. (İmam Bərbəhəri “Şərhus-Sunnə” 138-139; İbn Batta “İbənə” 2/ 460; əl-Hilyə, 8/ 103).

Bidət sahibi ilə oturub-durmaq özündən sonra çox pis bir iz qoyur və bidət əhlinin insanlara verdiyi zərər günah əhlinin verdiyi zərərdən daha təhlükəlidir. Abdullah İbn Məsud (Allah ondan razı olsun) demişdir: “Sünnə üzərində orta yolda olmaq, bidət üzərində ictihad etməkdən daha xeyirlidir”. (ət-Tabərani “Mucəmul-Kəbir” 10337. əl-Albani “Silsilətul-Əhədisis-Sahiha” (cild 5, səh. 4) 2005 nömrəli hədisin şərhində səhih olduğunu ildirmişdir).