"Bidətini bəyan etdiyin insanın xeyir əməllərini də zikr etməlisən" şübhəsi

English

Şübhə olaraq deyirlər ki, "bidətini bəyan etdiyin şəxsin yaxşı əməllərini də qeyd etməlisən" və "yaxşını götür, pisi tərk et" qaydsı.

Şübhəyə cavab: 

Müvazənət - yəni pis əməllərini saydığının yaxşı əməllərini də saymalısan. Əgər sən həmin insanın yaxşı əməllərini də sayırsansa, ona tabeçiliyə ağırırsan. Bidət əhlini bəyan etdikdə onun xeyir əməllərini də zikr edirsənsə, insanları aldatmış olursan. Çəkindirmə məqamında yaxşı əməllər zikr olunmur. İmam Əhməd (Allah ona rəhm etsin) Hüseyn əl-Kərabisi Quran məsələsində "Quran olan ləfzin məxluqdur deməyən kafirdir" dedikdə, İmam Əhməd ondan çəkindirməyə və bidətçi deməyə başladı. Onu danışdırmamağı və hətta onu danışdıranı danışdırmamağa çağırırdı. Həmçinin, İmam Əhməd Muhasibidən də şiddətli şəkildə çəkindirmiş və heç bir xeyir əməlini zikr etməzdi. Onlardan Əbu Zura ər-Razi (Allah ona rəhm etsin) də çəkindirmiş və onların kitablarını oxumağı məsləhət görməmişdi. Halbuki, əl-Kərabisi və Muhasibi elm dəryası idi və onların bidət əhlinə çoxlu rəddiyyələri var idi. Lakin, əl-Kərabisi "Quranda sənin ləfzin məxluqdur" kəlməsi ilə, Muhasibi də kəlam əhlinə kəlamla rəddiyyə verdiyinə görə bidətə düşdü. Halbuki, sələflər bidətə daima Quran və Sünnə ilə rədd edər və daima şəri ləfzlər istifadə edərdilər. Bidətçilərə bidət əhlinin üslubu ilə rəddiyyə - bidətə bidətlə qarşılıq vermək - özü bidətdir. Məsələn, Əşarilər Mötəzilələrə bir çox rəddiyyə vermişlər. Mötəzilələr - iman məsləsində xavaric, qədər mövzusunda qədəri, ad və sifət mövzusunda cəhmi olublar. Lakin, Əşarilər Əhli-Sünnəyə daha yaxındılar və mötəziləyə də rəddiyyə veriblər. Baxmayaraq ki, özlərində də bidətlər var, məsələn, Uca Allahın ancaq feli sifətlərini qəbul edirlər, iman məsələsində murciələrə yaxındırlar və s. lakin, onlar mötəziləyə rəddiyyə veriblər. Misal da Əşarilərin bidətlə mötəziləyə etdiyi rədlərdir. Belə ki, heç nə bilməyən insan Əşarilərin rədlərini oxuyub əşarilərin bidətinə düşmüş olurlar, çünki əşarilər mötəziləyə öz qaydaları ilə rədd veriblər. Ona görə də  belə bir qayda var; müxalifin mövqeyi Əhli-Sünnə val-Cəmaaya nə qədər yaxın olursa, təhlükəsi bir o qədər artır. Ona görə "bidət əhlindən yaxşını götürüb, pisi tərk et" bunu heç kəs deməyib. Lakin, isnad elmində bidətçidə hədisi rəvayət etmək üçün lazımı şərtlər cəm olunubsa, ondan hədis götürüblər. Ondan hədsin izahı deyil, yalnız hədisin ləfzi götürülərdi. Şeyxul-İslam İbn Teymiyyənin (Allah ona rəhm etsin) rədlərinə baxanda görürük ki, onun heç bir rəddiyyəsində bidət əhlinin yaxşı əməllərini zikr etməsinə rast gəlmək mümkün deyil. Rafi ibn Əşras (Allah ona rəhm etsin) deyir: "Fasiq bidətçinin cəzalarından bir də onların xeyir əməllərinin zikr olunmamasıdır". (Şərh İləl ət-Tirmizi, 1/ 353). Ola bilər ki, sənin onun xeyir əməlləri kimi gördüyün şərdir. Həmçinin, ola bilər ki, onun bir bidəti bütün yaxşılıqlarını aparsın.

Bidətçinin bidətini bəyan etdikə iki məqsəd güdülür; onun tövbə etməsi və insanların onun xətasından çəkinməsi. Əgər o öz bidətindən çəkinmirsə, onun özündən çəkindirilir. Burada ümumi xeyir nəzərdə tutulur, yəni insanların onun bidətinə düşməməsi üçün ondan çəkindirilir. Bu da bir qaydadır ki; ümumi xeyir fərdi xeyirdən daha üstündür.

Xülasə, bidət əhlinin yalnız bidətləri zikr olunur, xeyir əməllərini zikr olunmur.