Müsəlman tağut sayıla bilərmi? Şəriətlə idarə etməyən hakimə itaət etmək olarmı?

Sual: 
Salam aleykum. Rus dilli ish yoldashim var, umumiyyetle hakimiyye meselesinde bize oyredilenden (ve ya men basa dushenden) ferqli gorushdedir. Gah sherietle idare etmeyen hakim kafirdir deyir, gah muselmandir amma ona itaet etmek olmaz deyir. Men de sual verdim. Erdogan sherietle idare edir? Dedi: yox. Dedim kafirdir? Dedi: yox. Dedim: bes nedir? Dedi: tagutdur. Mende sual yarandi. Sizden sorushub bilmek isteyirem. "Tagut muselman olur?". Bu haqda bir az etrafli melumat verseniz memnun olardim?
Cavab: 

Va aleykumus-Sələmu va rahmətullahi va bərakətu. Allahdan başqa ibadət olunan hər bir şey tağutdur. Həmçinin, əgər tağutdursa, deməli kafir sayılır ki, tağut adlanır. Əks təqdirdə rəhbər şəriətlə hökm etməsə belə böyük günah sahibi olsa da müsəlmandır. O ki, qaldı müsəlman rəhbərləri şəri və qeyri-şəri rəhbərlərə bölməyə, bu batil və xəvariclərin gətirdiyi fikirlərdəndir. Şəriətlə hökm etməyən rəhbərə isə haram olmayan şeylərdə itaət edilir. Həmçinin, sizə nəsihət edirik ki, iş yoldaşınıza dəlilləri görsədərək ona nəsihət edin ki, bu təhlükəli fikirlərdən uzaqlaşsın. Əks təqdirdə siz ondan uzaqlaşın. İnsan dostunun dinindədir. İmam ət-Tahavi (Allah ona rəhm etsin) demişdir: “Biz - zülm etsələr belə - imamlarımıza və əmr sahiblərimizə qarşı xurucu icazəli görmürük. Biz onlara qarşı bəd dua etmirik, onlara olan itaətdən əl çəkmirik (imtina etmirik), nə qədər ki, asiliyi əmr etmirlər - onlara olan itaəti fərz olaraq Allaha olan itaətdən sayırıq. Onların islahı və salamat olmaları üçün Allaha dua edirik”. (əl-Aqidətut-Tahaviyyə, səh. 47-48, 379). Daha ətraflı: 

Hakimləri şəri və qeyri-şəri qismlərə bölmək doğrudurmu?

Alimlər “Allahın endirdiyi ilə hökm etməyənlər əlbəttə kafirlərdir” ayəsini necə başa düşüblər?