Avropalı sələfi gənclərin şeyx İbn əl-Useyminlə (Allah ona rəhm etsin) görüşlərindən birində, ondan Adnan Arurun bəzi qaydaları barədə şərhlər verməyi xahiş etdilər:
Sual verən: “Bidətçilərin düşdüyü bidətlərə münasibətdə “Biz (şəxsləri) düzətlməli, lakin, onları cərh etməməliyik” qaydası şamil olunurmu?”
Şeyx İbn Useymin: “Bu, yalnış qaydadır. Əksinə, biz, öz təkkəbbürünə görə haqqdan boyun qaçıranları cərh edirik.
Sual verən: “İkinci qayda: “Mühakimə etmə, yoxsa mühakimə olunacaqsan”.
Şeyx İbn Useymin: “Bu qaydalar yaltaq qaydalardır”.
Sual verən: “Üçüncü qayda: “İnsanın niyyətinin onun əməlləri ilə heç bir əlaqəsi yoxdur”.
Şeyx İbn Useymin: “Bu yalandır, çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Həqiqətən də əməllər ancaq niyyətlərə görə qiymətləndirilir”. (əl-Buxari, 1)
Sual verən: “Dördüncü qayda: “Bəzi insanlar şərt qoyurlar ki, cərh yalnız heç bir şübhə olmayan dəlillərə əsaslanmalıdır” (“mütəvatir” nəzərdə tutulur).
Şeyx İbn Useymin: “Bu doğru deyil”.
Sual verən: “Beşinci qayda: “Bəzi insanlar şərt qoyurlar ki, əgər sən insanın xətası haqqında eşitsən və ya oxusan, o insandan nəyi nəzərdə tutduğunu dəqiqləşdirmədikcə və ona nəsihət etmədikcə onun halı haqqında hökm verməməlisən. Başqa cür hərəkət edən isə münafiqlərin əlamətlərindən birinə malikdir”.
Şeyx İbn Useymin: “Bu yalnış fikirdir”.
Sual verən: “Axırıncı qayda: “Sən bir insandan çəkindirdikdə və ya ona nəsihət etdikdə, ədaləti qorumaq üçün onun xətaları haqqında danışdıqda, onun yaxşı əməllərini də göstərməlisən”.
Şeyx İbn Useymin: “Sənə deyirəm – yox, yox və bir daha yox! Bu cür şeylər danışmaq xətadır. Qulaq as, ey insan! Mən kimdənsə çəkindirdikdə, çəkindirməyim qüvvədən düşməsin deyə, mən onun yaxşı əməlləri haqqında danışmamalıyam”.
Sual verən: “Hətta bu insan Əhli-Sünnədən olsa da?”
Şeyx İbn Useymin: “Fərqi yoxdur, o Əhli-Sünnədəndir, ya yox. Mən bir insandan necə çəkindirə və eyni zamanda onu tərifliyə bilərəm!? Məgər bu məntiqə uyğundur?!”
“Kutub və Rəsail və Fətəva əş-Şeyx Rabi ibn Hədi əl-Mədxali” 11/ 114-115.