"Bidət və hava əhlindən xeyri götürüb, şəri atmaq" şübhəsi

English

Şübhə olaraq deyirlər ki, bidət və hava əhlindən xeyri götürüb, şəri atmaq olar.

Şübhəyə cavab: 

Şübhə olaraq "bidət və hava əhlindən xeyiri götürüb, şəri ataq" deyənlərə belə cavab verilir:

İmam Malik ibn Ənəs (Allah ona rəhm etsin) deyir: 
"Dörd nəfərdən elm götürülməz, bunlardan qeyrisindən götürülər: 1) Səfehdən, 2) insanları öz havasına çağıran hava əhlindən, 3) insanlarla danışığında yalançı olandan, hətta Peyğəmbərin (salləllahu aleyhi və səlləm) hədislərində yalanla ittiham olunmasa da belə və 4) fəzilət sahibi, saleh biri, ibadət əhli olsa da nə danışdığını bilməyən şeyx (və ya qoca).

Şeyx İbn əl-Useymin (Allah ona rəhm etsin) bu sözü açıqlayaraq deyir: "İmam Məlikin sözündən bilinən budur ki, o, bidət əhlindən heç bir şey götürmürdü, hətta məsələ o kəsin bidətinə aid olmasa da belə. Misal olaraq: bir bidətçi var, ərəb dilində-bələğat, nəhv, sarfda yaxşıdır (bunlar ərəb dilinin şöbələridir). Bu insanın yanında oturub onda olan bu elmi ondan götürəkmi? Yoxsa ondan uzaqlaşaq, onu tərk edək? İmam Məlikin sözündən zahir olan budur ki, biz bu insanın yanında oturub, ondan bu elmi almayaq. Çünki bunda iki zərər vardır:
Birincisi; O kəs özü öz nəfsindən qürrələnər və özünün haqq üzrə olduğunu hesab edər,
İkincisi: Onun yanına çox sayda tələbələr toplaşar, ondan elm alar və insanlar da onunla aldanarlar. Avam insanlar ərəb dili elmiylə əqidə elminin arasını ayırd edə bilmirlər. 

Buna görə də bizim baxışımız budur ki, mütləq olaraq hava və bidət əhlinin yanında oturub, ondan elm almaq olmaz. Hətta bu ərəb dili, bəlağət elmi, sarf elmi bu kəslərdən başqa heç kəsdə olmazsa belə, yenə də onlardan elm almaq olmaz. Uca Allah onlardan daha xeyirlisini ona verəcəkdir. Əgər biz onların yanına gedib gəlsək, heç bir şəkk yoxdur ki, bu şey onların qürrələnməsini və insanların da onlarla aldanmasını vacib edəcəkdir".
(Şeyx Muhəmməd Saleh əl-Useymin "Şərhu Hilyəti Talibil-İlm" səh. 93-94).

Alimlər bidət və hava əhlini tərk etməkdə və onlardan çəkindirməkdə icma etmişlər. Elə bu ad altında şeyx Xalid əz-Zufeyri kitab yazmış və kitabını da bu adla adlandırmışdır - "Alimlərin hava əhlini tərk etməkdə və onlardan çəkindirməkdə icması". 
Bu kitaba əsrin üç böyük alimi müqəddimə verərək, kitabı tərifləmişlər:
- Alləmə Rabi ibn Hədi əl-Mədxali (Allah onu qorusun),
- Alləmə Zeyd ibn Muhəmməd əl-Mədxali (Allah ona rəhm etsin),
- Alləmə Ubeyd ibn Abdullah əl-Cəbiri (Allah onu qorusun).