Bidət əhlinin fitnəsinə düşmüş alimlər

English

Dahi alim şeyx Rabi əl-Mədxəli (Allah onu qorusun) buyurur: "Dağ kimi alimlər misal olaraq - İbn Sirin və Əyyub əs-Səxtəyani (bidət-əhli) onlara Quran oxumaqdan sual versəydilər belə bidət-əhlinin sözlərinə qulaq asmaqdan üz çevirərdilər. Bütün bunları əqidələrini qorumaq və fitnəyə düşməkdən qorunmaq üçün edərdilər. Neçə-neçə böyük alimlər olub ki, batil-əhlinin tələlərinə düşmüşlər. Onlardan misal olaraq;

Abdur-Razzaq Sənani şiəçilik fitnəsinə düşdü,
Yaqub ibn Əbi Şeybə və digərləri Quran məxluqdur fitnəsində ortada dayanmaq fitnəsinə düşdülər,
əl-Beyhəqi ibn Fovrukdan təsirlənərək Əşari fitnəsinə düşdü,
İbn Aqil Mötəzilələrin tələsinə düşdü.
Neçə-neçə özünü elmə nisbət edən və Sələfilik iddia edən kəslər batil-əhli ilə oturub durduqlarına görə, onları dinlədiklərinə görə və onların kitablarını oxuduqlarına görə fitnələrə düşdülər.

Bunda ağıl sahibləri üçün çox böyük ibrətlər var.

(Bəyənu mə fi Nasihəti İbrahim Ruheyli minəl-Xaləli vəl-İxləl, səhifə, 35).