Mötəzilə İslama nisbət olunan firqələrdən biridir. Mötəzilə ərəb dilində “itəzələ” sözündən götürülmüş "ayrılan, uzaqlaşan, bir tərəfə çəkilən" deməkdir. Şəriətdə isə mötəzilə bir çox bidət etiqadı olan firqədir. Onların bidətlərindən ən barizləri ağılı müqqədəsləşdirmək, onu hər şeyin önünə keçirmək və onda ifrata varmaq və İslamı başa düşməkdə ona etimad etməkdir. Ayə və hədisləri Əhli Sünnəyə müxalif olaraq ağla və məntiqə uyğun başa düşmüşlər.
Tabiinlərdən olan böyük alim Həsən əl-Bəsriyə (Allah ona rəhm etsin) böyük günahlar edən kimsə haqqında sual verilərkən Həsən əl-Bəsrini (Allah ona rəhm etsin) qabaqlayaraq cavab verən Vəsl ibn Atanın Əhli-Sünnəyə müxalif olan cavanbından sonra, o və ona tabe olanlar Həsən əl-Bəsrinin (Allah ona rəhm etsin) elm məclisini tərk edib ayrılmışlar. Bu firqənin adı da bu hadisədən sonra onların qınanması üçün "Mötəzilə" (ayrılan, uzaqlaşan, bir tərəfə çəkilən) adlanmağa başlanmışdır.
Mötəziləyə aid edilən adlar aşağıdakılardır:
1) Cəhmiyyə - ona görə mötəzilə cəhmiyyə adlanıb ki, çünki onlar bir çox məsələrdə cəhmiyyələrə müvafiq olublar. Məsələn, Axirətdə Allahı görməyi inkar etmək, Uca Allahın sifətlərinin inkarı, Allahın Kəlamının məxluq olması. Mötəzilələr Cəhmiyyələrdən sonra gəlib və onların batilliklərini canlandırıblar. Bunun üçün də cəhmiyyyə adlanmağa layiq olublar.
2) Qədəriyyə - ona görə ki, qədəri inkar etməklə Qədərilərə müvafiq olublar. Onlar deyirlər ki, "insan əməllərini öz qüdrəti ilə edir və insan əməli etdikdən sonra Allah bilir".
3) Məcusiyyə - onlar məcusilər kimi xeyiri Allahın, şəri isə qulun yaratdığını dediklərinə görə məcusiyyə adlanırlar. Beləliklə də məcusilər kimi iki ilah - xeyir və şər ilahı - olduğunu demiş olurlar.
4) Muattilə - onlar Uca Allahın Sifətlərini inkar etməkdə muattilələrə (inkarçılar) müvafiq olublar deyə belə adlanıblar.
5) Vaidiyyə - ona görə ki, onlar böyük günah edib tövbə etmədən ölən müsəlmanlara Allahın vədinin (yəni, əzabın) mütləq şəkildə, heç bir şərtsiz gərçəkləşəcəyinə etiqad edirlər.
Qeyd: Əhli-Sünnəyə görə böyük günah edən müsəlman tövbə etmədən ölsə belə Allahın istəyi altındadır. Allah istəsə ona əzab verər, istəsə bağışlayar.
Onların üsulları beşdir.
- Tövhid.
- Ədalət.
- Vəd və Vaid (Söz və təhdid, insanın əməlinin Xaliqi olması).
- əl-Mənzilətu Beynəl-Mənziləteyn (böyük günah işləyənlərin iman və küfr arasında bir yerdə olmaları).
- Əmri bil-Məruf və Nəhyi Anil-Munkər (Yaxşılığı əmr edib, pislikdən çəkindirmək).
Bundan əlavə Quranın məxluq olması və ağılın nəqldən (Quran və Sünnədən) üstün olması da onların məzhəbinin əhəmiyyətli xüsusiyyətlərindəndir.
Tövhid
Tövhid - yəni təkləşdirmə, İslam dini təməli olan Allahın təkliyidir. Onlar isə elə zənn etmişlər ki, tövhid mücərrəd olaraq Allahın varlığını qəbul etməkdir. Mötəzilə məzhəbinə mənsub olanlar tövhiddən kənara çıxaraq bəzi mövzularda batil rəylər ortaya çıxarmışlar. Məsələn, Əhli-Sünnəyə müxalif olaraq Allahın Axirət günü görülməyəcəyini demişlər. Onlara görə Allahın görülə bilməsi üçün bir cismə sahib olması lazımdır ki, tövhid qaydasına görə bu qeyri-mümkündür. Bunun xaricində Mötəzilələr yenə tövhid qaydasından kənara çıxaraq Allahın sifətlərinin zatından ayrı olduğunu etiqad etmişlər və sifətləri inkar etmişlər. Çünki onlara görə bu, yəni Allahın sifətlərinin zatıyla bir olması zatların (İlahların) sayını artırır, yəni tövhidə qarşı çıxır. Məsələn, Mötəzilə məzhəbi "Allah alimdir", yəni adı qəbul edərkən, "Allah elm sahibidir" sifəti isə inkar edirlər, çünki onlara görə "Allah elm sahibidir" deyərkən Allahın zatından ayrı bir ilahi - əzəli elm qəbul edilmiş olur. Həmçinin, mötəzilə əqidəsində Allahın Kəlam sifətinin olmadığına inanırlar.
Ədalət
Ədalət (Adl) əsasının mövzusu Mötəzilənin qədər mövzusundakı rəyidir. Onların etiqdına görə insan öz əmələrini (etdiklərini) özü yaradır. Yəni, insan etdiyi əməllərdə mütləq ixtiyar sahibidir. Bunu da Allahın insana bəxş etdiyi bir yaratma qüdrətiylə həyata keçirir. Əməllərinin yaradılmasında Allahın bir müdaxiləsi olmadığına inanırlar. Bu rəyə görə - şəxslərin azad olmaması və etdikləri hər hərəkətin yaradıcısının Allah olması vəziyyətində insanın azad olaraq etmədiyi əməllərə görə cəzalandırılması zülmdür - yəni ədalətsizlikdir. İslama görə isə Allahın ədalətsiz davranması mümkün deyil. Bu səbəblə insan əməllərinin tək yaradıcısı və icraçısı olmalı, əməlləri mövzusunda tamamilə azad olmalıdır.
Qeyd: Mötəzilə qədər mövzusundakı etiqadı Qədəriyyələrlə eynidir. Mötəzilə məzhəbinin qədər mövzusundakı bu etiqadları imanın şərtlərindən olan "qəza və qədərə iman"a zidd düşdüyünə görə Əhli Sünnə tərəfindən tənqid olunmuş, hətta küfr olduğu deyilmişdir.
Söz və Təhdid
Vəd və Vaid - yəni "Söz və Təhdid". Bu, Allahın vəd etdiyi (söz verdiyi) savab və yaxşılığın, təhdid etdiyi cəzanın heç bir şərt olmadan baş verəcəyinə inanmaqdır. Mötəzilə məzhəbinin bu əsası bir digər etiqadı məzhəb olan Murciəyə qarşı inkişaf etdirilmişdir. Murciələr iman etməyən (kafir) insanın etdiyi yaxşılıqlar fayda vermədiyi kimi, iman edən insanın (möminin) etdiyi günahlar da özünə zərər verməyəcəyini etiqad edirlər. Vəd və vaid qaydasına görə isə yaxşılıq edən yaxşılığına qarşı mükafatlandırılacaq, pislik edən isə pisliyinə qarşılıq cəzalandırılacaq. Mötəzilə məzhəbinin bu əsasına görə əgər Murciə məzhəbinin "iman edənin günahları zərər verməz" iddiası doğru olsaydı, Allahın vaidi yəni təhdid etməsi qorxutması gərəksiz və mənasız olardı. Halbuki, bu mümkün deyil. Bu əsas ilə Mötəzilə məzhəbi Murciəni tamamilə rədd edər. Elə məhz bu əsas ilə Mutəzilə məzhəbi böyük günah işləyən möminin tövbə etməzsə, bağışlanmayacağını ortaya çıxarmışdır. Bu xüsusda Əhli Sünnəyə müxalif olmuş və azmışlar.
İki mövqe arasındakı bir mövqe
"əl-Mənzilətu Beynəl-Mənziləteyn" (böyük günah işləyənlərin iman və küfr arasında bir yerdə olmaları), yəni iki mövqe arasında bir mövqe. Bu əsas Mötəzilənin "böyük günah edənin vəziyyəti" ilə əlaqədardır. Mötəzilə məzhəbinə görə böyük günah edən bir mömin (iman etmiş adam) artıq nə mömindir, nə də kafir. O, artıq fasiqdir, yəni möminlik ilə kafirlik arasında bir yerdədir. Mötəzilə inancına görə böyük günah işləyən mömin fasiq olar və fasiq adam işlədiyi böyük günahdan ötəri tövbə etmədən ölsə, əbədiyyən Cəhənnəmdə əzab çəkəcək. Əgər tövbə etsə, yenidən mömin olar və mömin olaraq da ölsə Cənnətə girər. Bu məzhəbə görə fasiq bir adam mömin ilə kafir arasında bir mövqedədir, bu əsasın adı olan "iki mövqe arasında bir mövqe" da buradan meydana gəlir.
Yaxşılığı əmr edib, pislikdən çəkindirmək
"Əmr bil-Məruf"- yəni, yaxşılığı əmr etmək və "Nəhyi anil-Munkər"- yəni pislikdən çəkindirmək. Mötəzilə məzhəbinin bu əsasına görə adam etiqadi və əməli mövzularda insanları yaxşılığa çağırmalı, yaxşılığı yaymalı, pislikdən çəkindirməlidir. Bu əsasa görə Mötəzilələr uzun illər boyunca bir çox fərqli fikirdən olan insanlarla mübahisə etmiş, hətta bəzən mübahisələr şiddətə və döyüşə səbəb olmuşdur.
Mötəzilələrdən bəziləri səhabələrə tənə etmiş, onları yalançılıqda ittiham etmiş və onlara ziddiyyət nisbət etmişlər.Onların şeyxlərindən İbrahim ən-Nizami - Əbu Bəkrə, Əli ibn Əbu Talibə, Abdullah ibn Məsuda (Allah onlardan razı olsun) tən etmişdir. Onların ən şiddətli tənə etdikləri səhabə isə Əbu Hurəyradır (Allah ondan razı olsun). (İbn Quteybə “Təvilil-Hədisil-Muxtəlif“ səh. 17).
Mötəzilə ilə Əhli-Sünnə arasındakı əsas fərqlər
Mötəzilələr Əhli-Sünnə vəl-Camaa deyillər və Əhli-Sünnəyə bir çox məsələdə muxalifdirlər. Bunlardan ən əsasları; Allahın zatı ilə sifətlərinin bir (eyni) olması, Allahı Axirətdə görməyin mümkün olmaması, qulun öz əməlinin xaliqi (yaradanı) olması, ağlın nəqldən üstün olması, Quranın məxluq olmasi, böyük günah edənin halı kimi məqamlar.