Əbul-Həsən əl-Məribinin zəlalətləri nələrdir?

Sual: 
Əs Sələmu aleykum. Qardaş Allah sizə bərəkət versin.Əbul Həsən əl - Məribinin zəlalətləri nələrdir ?
Cavab: 
Va aleykumus-Sələmu va rahmətullah.
Əbul-Həsən əl-Məribinin zəlalətləri
 
1. “Biz (insanları) düzəltməliyik, məhv etməməliyik” (نصحح ولا نهدم). 
Bu qayda Arura məxsus “Biz (şəxsləri) düzətlməli, lakin onları cərh etməməliyik” (نصحح ولا نجرح) şəklində azğın qaydadan demək olar ki, fərqlənmir. Lakin diqqətlə düşündükdə görərik ki, əslində Məribinin bu qaydası Arurun qaydasından daha da azğındır.
Şeyx Rabi (Allah onu qorusun) demişdir: Bu qaydaya Əbul-Həsən tərəfindən verilmiş ad, Adnan (Arur) tərəfindən verilmiş addan daha pisdir. Çünki Adnan hesab edir ki, (azmış şəxsləri) təkzib etmək yalnız onları cərh etməkdir, Əbul-Həsən isə onların təkzib olunmasını məhv etmək hesab edir”. (Məcmu Kutub və Rəsail və Fətəva əş-Şeyx Rabi, 13/374).
 
2. “Geniş mənhəc” prinsipi (المنهج الواسع الأفيح)
Əbul-Həsən Məribi açıq şəkildə bəyan etdi ki, müxtəlif bidətçi firqələri Əhli-Sünnənin sıralarına daxil etmək üçün Əhli-Sünnə və bidətçilərin arasında mövcud olan sərhədləri silmək və genişləndirmək istəyir. O demişdir: “Biz, özündə həm Əhli-Sünnəni, həm də bütün ümməti birləşdirən böyük və geniş mənhəc istəyirik”. 
Şeyx Rabi onun sözlərini şərh edərək demişdir: Bu sözlərlə o, məşhur (ixvan) qaydasını nəzərdə tutur: “Ümumi məqsədlərimiz əsasında əməkdaşlıq edək və ixtilaf etdiyimiz məsələlərdə bir-birimizi bağışlayaq”. (Məcmu Kutub və Rəsail və Fətəva əş-Şeyx Rabi, 13/80).
Beləliklə, Məribi açıq şəkildə bəyan etdi ki, o, ixvanların ideologiyasına riayət edir və Əhli-Sünnə və digər firqələr arasında mövcud olan sərhədləri silmək istəyir. Məhz bu səbəbdən Məribi dəfələrlə öz mühazirələrində və tez-tez baş tutan məclislərdə iddia edirdi ki, “Müsəlman qardaşlar” və “Təbliğ Cəmaatı” firqələri Əhli-Sünnə vəl-Cəmaənin ardıcıllarıdır və bidətçi firqələr deyillər. ( Məcmu Kutub və Rəsail və Fətəva əş-Şeyx Rabi, 13/345).
Məribi həmçinin “geniş mənhəc” prinsipini tətbiq edərək Misirdə fəaliyyət göstərən Yasir Burhami, Muqaddim, Səid ibn Əbduləzim və digər “isgəndəriyyəli hizbçilər” “oturaq xəvariclərin” rəhbərlik etdiyi “Hizbun-Nur” xəvaric siyasi partiyasının ünvanına böyük təriflər yağdırmış və onları tövsiyyə etmişdir. Bu insanlar öz siyasi partiyalarını bu gün qanuni (şəri) müsəlman rəhbərlərin demək olar ki mövcud olmadığı əqidəsi əsasında təsis ediblər və bu səbəbdən qanuni rəhbərin təyin olunması üçün siyasi mübarizənin aparılmasını icazəli və hətta vacib hesab edirlər. (“Aleksandriyalı hizbçilərin” xəvaric baxışları barədə daha ətraflı bu keçiddən oxumaq olar: http://sunnaportal.com/?p=4541).
 Lakin bütün bunlara baxmayaraq, Məribi bu partiyanın liderlərini və ardıcıllarını sələfi adlandırır və bəyan edir ki, “onların üzərində böyük məsuliyyət və vəzifə var” və bu partiya “parlaq gələcəyi olan, çox ümidlər verən” bir partiyadır.(Məribinin “Hizbu Nur” xəvaric partiyasının ünvanına bu və digər təriflərini bu keçiddən izləmək olar: https://www.youtube.com/watch?v=o6tvpwKEPDo
 
3. “(Bir şəxsin) Ümumi sözlərini təfsilatlı sözlərinə əsasən açıqlamaq lazımdır” (حمل المجملعلى المفصل)
Bu qayda, həqiqətən doğru bir İslam qaydasıdır. Lakin bu qayda qeyd-şərtsiz olaraq yalnız Uca Allahın və Muhamməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sözlərinə münasibətdə istifadə olunur. Allahın və Onun  Peyğəmbərinin (Allahın ona salavat və salamı olsun) sözlərinə münasibətdə bu qaydanın doğruluğu onunla izah olunur ki, Allahın sözləri heç bir halda bir-birinə zidd ola bilməz. Odur ki, Uca Allahın aydın olmayan və ya ümumi sözlərini təfsilatlı sözlərə əsasən açıqlamaq lazımdır. İmam Şəvkani demişdir:
“Müsəlmanlar yekdildirlər ki, məsumun (yəni, Peyğəmbərin) sözlərindən başqa, digər insanların sözləri açıq-aydın mənasına zidd olaraq açıqlanmır”. (“Əs-Səvərim əl-Əhdəəd”, səh. 96-97).
Lakin Məribi müxtəlif bidətçilərin və azmış şəxsiyyətlərin müdafiəsi üçün bu qaydanı tətbiq etməyə başladı. Onun bu qaydasının təfsirinə müvafiq olaraq, əgər hər hansı bir insan bidət bir söz desə, buna görə onu qınamaq və ya günahlandırmaq olmaz, mütləq qaydada bu sözləri mənanın anlaşıldığı digər sözlərlə açıqlamaq lazımdır. Beləliklə, Məribinin bu qaydasının təfsirinə əsasən belə çıxır ki, Sünni müsəlman heç vaxt doğru yoldan aza və bidət sözlər söyləyə bilməz. Bundan əlavə, bu qaydanın təfsirindən belə çıxır ki, insan Uca Allahın bənzəridir və unutqanlıq, həvasına tabe olmaq, təkəbbürlük və digər insana xas zəifliklər səbəbilə özü-özünə zidd gedə bilməz.
Məribi bu qaydanı, müasir xəvariclərin ideoloji atası, öz əsərlərində “vəhdətul-vücud” adlı bidətçi fəlsəfəni təbliğ edən Seyyid Qutuba münasibətdə tətbiq edirdi. (Varlığın vəhdəti – yəni, Yaradan və məxluqlar bir bütövdür. Bu əqidə böyük küfrdür). Əksər dərslərində öz yeni qaydasına əsaslanan Məribi Seyyid Qutbun bu cür bidətçi əqidəyə sahib olduğunu inadla inkar etmişdir. O demişdir: “(Qutubun) bu sözləri ümumidir və aydın deyil, odur ki, bu sözləri onun digər təfsilatlı sözləri ilə açıqlamaq lazımdır”.
Şeyx Rabi Məribinin bu sözlərini izah edərək demişdir: “Onun (Seyyid Qutubun) “Hədid” və “İxlas” surələrinin təfsirində “varlığın vəhdəti” ideologiyasını və Yaradanın məxluqlarla mücəssəməsini təsdiqləyən sözləri son dərəcə aydındır, ümumi və ya qeyri-aydın deyildir. Lakin sən özün, aydın sözləri qeyri-aydın edir və bununla alimlərin sözlərini və (şəxsiyyətlərlə əlaqəli)  qərarlarını rədd edib, qəbul etmirsən”. (Məcmu Kutub və Rəsail və Fətəva əş-Şeyx Rabi, 13/94).
 
4. “Dəqiqləşdirməyin vacibliyi” (təsəbbut التثبت) bəhanəsi ilə Sünnə alimlərinin çəkindirmələrini qəbul etməkdən boyun qaçırmaq.
“Sərhədlərin silinməsi” ideologiyasının əksər tərəfdarları, alimlərin müxtəlif azmış şəxslər barədə çəkindirmələrini rədd etmək üçün “dəqiqləşdirməyin vaciblyi” (təsəbbut) prinsipi barədə danışmağı sevirlər. Onlardan hər biri bu prinsipi elə bidətçi nöqteyi-nəzərdən təqdim edir ki, heç kim onları müxtəlif azmış şəxsləri müdafiə və tövsiyyə etməkdən əl çəkməyə məcbur edə bilməsin.
Şeyx Rabi Məribinin bu prinsipə əməl etməsi barədə demişdir: “Əbul-Həsən (Məribi) “dəqiqləşdirməyin vacibliyi” bəhanəsi ilə həqiqəti inkar edərək Arurun və digər azmış şəxslərin mənhəcinin ardınca gedir. Odur ki, o deyir: “Mən özüm çəkindirilən insanın sözlərini eşitmədikcə və ya oxumadıqca, kiminsə barəsində çəkindirmələri qəbul etmirəm”. Beləliklə o, bu azğın prinsiplə nüfuzlu alimlərin dəlillərə əsaslanan fətvalarını inkar edir”. (“Məcmu Kutub və Rəsail və Fətəva əş-Şeyx Rabi”, 13/78-79).
Şeyx Rabi bu prinsipin (təsəbbut) təbliğçilərinin həqiqi niyyətləri barədə aşağıdakıları demişdir: “Onların “təsəbbut” adlandırdığı bu qayda yalnış qaydadır. “Dəqiqləşdirməyin vacibliyi”   prinsipi altında onlar həqiqəti öyrənmək və onun həqiqliyinə əmin olmaq istəmir, əksinə bu qayda ilə həqiqəti inkar etmək istəyirlər. Odur ki, biz onların dəqiqləşdirməyin vacibliyi bəhanəsi ilə möhtərəm alimlərin (müxtəlif şəxsiyyətlərin) halları barədə çoxsaylı ifadələrini rədd etdiklərini görürük. Beləlikləş, bu bəhanə zahirən islami görünsə də, əslində dağıdıcı və iblisanədir”. (Mənbə:  http://www.sahab.net/forums/?showtopic=115155)
 
Məribi və onun azğın qaydalarından çəkindirmiş alimlər arasında aşağıdakıların adları var:
·                     Şeyx Muqbil əl-Vadii (Allah ona rəhmət etsin)
·                     Şeyx Əhməd Nəcmi (Allah ona rəhmət etsin) 
·                     Şeyx Zeyd Mədxali (Allah ona rəhmət etsin)
·                     Şeyx Muhəmməd ibn Əbdul-Vəhhab Bənna (Allah ona rəhmət etsin)
·                     Şeyx Rabi əl-Mədxali (Allah onu qorusun) 
·                     Şeyx Salih Suheymi (Allah onu qorusun)
·                     Şeyx Səid Raslan (Allah onu qorusun)
·                     Şeyx Vəsiyullah Abbas (Allah onu qorusun)
·                     Şeyx Ubeyd Cabiri (Allah onu qorusun)
·                     Şeyx Muhəmməd bin Hədi (Allah onu qorusun)
·                     Şeyx Abdullah Buxari (Allah onu qorusun) 
·                     Şeyx Süleyman Ruheyli (Allah onu qorusun)
·                     Şeyx Muhamməd Bəzmul (Allah onu qorusun)
Bu çəkindirmələrdən çoxunun əslini burada dinləmək olar  
 
Allahdan bizi bu cür zəlalətdən qorumasını diləyirik. Amin!
Daha geniş məlumat almaq istəyən baxa bilər: http://www.abu-bakr.com/2016/06/mumeyyiler-ve-ixvanligin-yeni-simasi.html

Mövzular: