Bidəti bəyan etmək qeybət, yoxsa sünnəni müdafiə etməkdir?
760 oxunma
Sual:
Assalamu aleykum Allah Sizdən Razı Olsun. Suallarimizi etrafli delillerle cavbablandirdiginiz ucun.
Sual: Müsəlmanların aldanıldığı və ya səhv başa düşdüyü məsələlərdən biri də dində olan bidətlərlə müsəlmanlar arasında baş verən şəxsi, dünyəvi və ya şəxsi eyb, nöqsanları (məsələn, siqarət çəkmək, araq içmək və s.) ayırd edə bilməməlidir.
Əgər sünnəyə müxalif danışan hər hansı bir dəvətçidən alim və ya elm tələbəsi çəkindirirsə, bunu qeybət və ya qul haqqına girmək kimi anlıyırlar. Halbuki bu bidətlər Allahın haqqına girərək dinin adına yalan danışmaq və müsəlmanların haqqına girərək onların azdırılmağı deməkdir. Zəhmət olmasa, Bu haqda ətrafli məlumat verərdiz
Cavab:
Va aleykumus-Sələm va rahmatullah. Alimlər hansısa təhlükəli fikirli və ya bidətçi olan birindən çəkindiriblərsə, bu qeybət yox, dinə və müsəlmanlara nəsihətdir. Sələflər daim təhlükəli fikirli insanlardan, sələf mənhəcinə müxalif olanlardan çəkindiriblər. Buna Kitabdan, Sünnədən, sələflərin həyatından bir çox dəlillər və nümunələr vardır. Bu mövzuya dəlilləri başqa cavablarda çox zikr etmişik.
Əbu Əli ən-Neysəburi (Allah ona rəhm etsin) buyurur: "İbn Xuzeyməyə dedim: “İbn Humeyddən isnad götürsəydin... Doğrudan da İmam Əhməd ibn Hənbəl onu tərifləmişdir”. İbn Xuzeymə dedi: “O onu yaxşı tanımamışdır. Əgər bizim bildiyimizi bilsəydi, heç onu tərifləməzdi”. (İmam əz-Zəhəbi "Mizənul-İtidəl" - Muhəmməd ibn Humeyd ər-Razinin tərcümeyi halı).
Sələflərdən isə Muhəmməd ibn Bundər İmam Əhmədə (Allah onlara rəhm etsin) deyir: "Mən "filankəs belədir, filankəs elədir" deyə bilmirəm, bu mənə çox ağır gəlir". İmam Əhməd (Allah ona rəhm etsin) deyir: "Əgər mən sussam, sən sussan, bəs cahillər sağlam olanı xəstədən necə ayırd edə bilərlər?!" ("Məcmuu Fətəva" 28/ 231; "Şərh iləl Tirmizi" 1/ 350).
Mövzular: