Cərhdə ilzəm var?

Sual: 
Assalamu aleykum va rahmatullah qardaş biz bilirik ki sələf mənhəcində ilzam var kimisə təfsilatla cərh olunmuş şəxslə ilzam edə bilərsən ki sən də bundan çəkin və ya bidətçi gör .Bəs məlumdur ki həddadilərdə də ilzam var həddadilərdəki ilzamla sələfdəki ilzam arasında fərqlər hansıdı?
Cavab: 

Va aleykumus-Sələm va rahmətullahi va bərakətu. Sələfi mənhəcində təcrihdə ilzəm var. Bunada Sələflərin bir çox əməlləri dəlalət edir. Necə ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) cihaddan yayınan üç səhabəni insanlara ilzəm elədi ki, onlarla oturub durmasınlar. Həmçinin, sələflərin də əməllərində bu öz əksini tapır. Ömər (Allah ondan razı olsun) mütəşəbih ayələr barəsində sual verdiyinə görə Sabiği döydürür, sürgün edir və sürgün etdiyi yerə də tapşırır ki, onunla heç kim danışmasın və onu işə götürməsin.

Həmçinin, Huseyn Kərabisi elm dəryası idi, lakin Quran məsələsində xata etdiyi və bidətə düşdüyünə görə (Quran oxuyarkən ləfzin məxluq olması məsələsində) İmam Əhməd (Allah ona rəhm etsin) ona bidətçi deyərək “onunla oturub durmayın, onu danışdırmayın və onu danışdıranı da danışdırmayın” dedi. Ravi deyir: “İmam Əhməd bunu dörd və ya beş dəfə təkrar etdi”. (Tarixu Bağdad, 8/ 65). Bu mövzuda olan nəqllər çoxdur. Xüsusən də Cərh və Tədil kitablarına baxdıqda bu mövzuda olan bir çox əsərləri tapmaq mümkündür. Çünki, bunda ümmətə, müsəlmanlara və İslama nəsihət, müsəlman cəmiyyətini azğın fikirlərdən qorumaq var. Həmçinin də Allahın pak olan şəriətini müxtəlif qatışıqlıqlardan və ya müxtəlif şeylərin ona daxil olmasından qorumaq var.

Həddadilərin ilzəminə gəldikdə isə - Həddadilər əslən Əhli-Sünnənin mənhəcində olmadıqlarına, Cərhi Əhli Sünnənin mənhəcinə uyğun etmədiklərinə və Cərhə səbəb olmayan şeylərlə Cərh etdiklərinə görə, onların ixtilafına, gətirdikləri qaydalara hörmət yoxdur və onlara baxılmır.

Həddadilərin ilzəmi Şovkəni, İbn Həcər və İmam Nəvəvi kimi Əhli Sünnə dairəsində olan alimlərin ictihad və təvil edərək bidətə düşdüklərinə görə onlara bidətçi demələrini ilzəm eləməsidir. Əhli Sünnə isə əvvəldə dediyimiz kimi dəlillə, burhanla və sübutla təfsilatlı şəkildə Cərh ediblər və insanlara da İlzəm ediblər ki, həmin Cərh olunmuş insanlarla oturub durmasınlar.