İbrahim ər-Ruheyli haqqında

Sual: 
Assalamu aleykum va rahmatullah selefi menhecine gore tefsilatli cerh olan bidetci sayilir.Sualim budur ki Ibrahim Ruheyli tefsilatli cerh olubmu ve o bidetci sayilir?
Cavab: 

Va aleykumus-Sələm va rahmətullahi va bərakətu. "Cərh" sözü "yaralamaq" sözündəndir. Yəni, həmin kəsə cərhə səbəb olan hər hansı bir şeyə görə tənə etmək, yaralamaq. Ola bilsin cərh insanın yaddaşına aid olsun - əgər hədis raviləri barəsində danışılırsa, ola bilsin dininə bağlı olsun. Birinci halda o kəsdən hədis götürülməsə də belə, lakin ona bidətçi deyilmir. Həmin kəs Əhli-Sünnədən də ola bilər və bu cür ravilər çox olub. Lakin ikinci halda, yəni dininə bağlı səbəbə görə cərh olunarsa, əgər həmin kəs Əhli-Sünnədəndirsə, barəsində təriflər varsa, onda cərh təfsilatlı olmalı və səbəbi bəlli olmalıdır. Bu halda deyilir ki, təfsilatlı cərh tərifdən öndədir. Bu qayda üzərində hədis əhli artıq ittifaq etmişlər. Şeyx Ubeyd əl-Cəbiri (hafizəhullah) aydın şəkildə İbrahi ər-Ruheyli bidətçidir, azğındır və azdırandır. Neçə illərdir ki, ona rəddiyyələr verilir, lakin məsələlərin heç birində öz xətasını etiraf edib ondan qayıtmayıb. Sonda isə Alləmə Rabi ibn Hədi əl-Mədxəli məhz Şeyx Abdullah əl-Buxarinin (Allah onları qorusun) İbrahim ər-Ruheyliyə rəddiyyə verdiyi kitabına baxdıqdan sonra ona rəddiyyə verdi. İbrahim ər-Ruheylinin dönmədiyi məsələrdən Əbul-Həsən əl-Məribini, Əli Həsən əl-Hələbini müdafiə etməsi, sələfin mənhəcinə uyğun olmayan bəzi səhlənkar üsul və qaydalar icad etməsidir.

Mövzular: