Əssələmu aleykum. Əsli sələfi olan biri təkfirçilərin, xavariclərin, ixvanların və s. bidətinə düşərsə, onu tebdi etmək üçün höccətin çatdırılması şərtdir mi? Və bu höccəti kim çatdırmalıdır?
Bəziləri deyir ki, necə ki, təkfirdə əsli müsəlman olan biri böyük şirk etsə belə ona əvvəlcə höccət çatmalıdır yoxsa təkfit etmək olmaz, elecə də təbdidə də bu qaydaya əməl olunmalıdır. Bu qayda nə dərəcədə doğrudur?
Onu da qeyd edim ki, Şeyx Rabinin bu barədə səs yazısında dinləmişdim ki, əsli sələfidirsə ona nəsihət olunmalıdır. Burda nəsihətdən qəsd nədir? Höccətin çatması ya necə? Və nəsihəti kimlər etməlidir?
Cavab:
Va aleykumus-Sələm va rahmətullah. Kim alimlərin öz kitablarında dönə-dönə bəyan etdikləri kobud bidətləri, firqələrin hamı tərəfindən tanınan bidətləri - misal olaraq xavariclərin, cəhmilərin, murciyələrin, sufilərin və bunlara qoşulan ixvanların, təbliğçilərin bidətlərini gətirərsə, özü də elm əhlindən olarsa, buna hüccət qaldırılması şərt görülməmişdir. Burada məsələ müxalif insanın elm əhlindən olub-olmaması və müxalifliyin də açıq-aydın, kobud, qəliz və ya elmə ehtiyacı olan, gizli müxaliflik olub-olmaması ilə dəyişir.
Yəhya ibn Yəmər demişdir: “İlk dəfə qədər xüsusunda (küfr) danışan adam Bəsrədə yaşayan Məbəd əl-Cuhəni olmuşdur. O vaxt mən və Humeyd ibn Abdur-Rəhman əl-Himyəri həcc yaxud ümrə ziyarətinə getdik və: “Kaş Rəsulullahın (salləllahu aleyhi və səlləm) səhabələrindən birinə rast gələydik və ondan bunların qədər haqqında söylədiklərini soruşaydıq”– dedik. Gəlib məscidə girdikdə Abdullah ibn Ömər ibn Xəttabı görməyə müvəffəq olduq. Mən dostumla birgə – birimiz sağına, digərimiz də soluna keçərək onun yanına düşüb getdik. Dostumun sözü mənə verəcəyini düşünüb dedim: “Ey Əbu Abdur-Rəhman! Bizim tərəflərdə Quran oxuyan və elm öyrənməyə səy göstərən (qədər xüsusunda bəlli edilməmiş məsələləri araşdırmağa çalışan) bir dəstə adam peyda olub. Yəhya ibn Yəmər onları vəsf etdikdən sonra dedi: "Onlar iddia edirlər ki, qəzavü-qədər cəfəngiyatdır və Allah (bütün) işlərdən yalnız baş verdiyi an xəbər tutur”. İbn Ömər dedi: “Onları görsən, deyərsən ki, mən onlardan uzağam, onlar da məndən uzaqdırlar". (Muslim, 8).
Lakin dəvət üçün nəsihət qapısı daim açıqdır. Elm əhlindən bildiyimiz budur. Allah daha doğru bilir.

Mövzular: