Quranilərlə müamilə necə olmalıdır?

Sual: 
QURANİLƏR fərdi şəkildə təkfir olunurmu ? və onlar əssələmu aleykum deyərək salamlamaq olarmı ? əgər bir şəxs deyərsə ki sünnə və hıdislər boş şeydi... və sizi azdıran elə hədisdərdi , belə insan fərdi şəkildə təkfir olunurmu ? qeyd edim ki : bu insana Allah rəsuluna (sallallahu aleyhi və səlləm )tabeçilyin , vacib olması haqqında dəlillər gətirilib və hər dəfə mınasız yozumlar gətirib. bu insan spirtli içkiyə haram gəlmədyini , oğrunun əli kısilməyi haqqında ayələrədə fərqli yozum gətirir. belə insana salam verilirmi ? belə insana fərdi şəkildə kafir demək olarmı ? onunla necə müəmmala edilir ?
Cavab: 

əs-Sələmu aleykum. "Quranilər" adı ilə tanınan firqə Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sonuncu peyğəmbər olduğunu inkar edən olduqlarına görə kafirdirlər. Onlar şəhadətin ikinci hissəsini "Muhəmmədən Rasulullah" şəhadətini inkar etmişlər və ona görə müsəlman sayılmırlar. Həmçinin, "Quranilər" fərdi şəkildə də təkfir olunurlar. Onlara salam verilmir.

Şeyx əl-Albani (Allah ona rəhm etsin) deyir: "Quranilər" yalnız Qurana müvafiq olan hədislərdən başqa mütləq olaraq Sünnə ilə ibadət etməyən bir tayfadırlar. Buna görə də namazları namazımız kimi, zəkatları zəkatımız kimi, ibadətləri ibadətlərimiz kimi və həmçinin də etiqadları da etiqadımız kimi deyildir. Bu da onların müsəlman olmamasını göstərir". ("Məvsuatu əl-Albəni fil-Əqidə" 1/ 331).

Şəhadəti deyən, Peyğəmbəri qəbul edən, müəyyən hədislərdə şübhə edənlər isə müsəlman sayılırlar. Ona görə onlara münasibət məsələsinə gəldikdə isə hədisləri tamamilə inkar edənlərə kafirlər kimi, şübhədə olan cahillərə isə müsəlman kimi münasibət bəslənilir. Allah daha doğru bilir.