əssələmu aleykum və rahmətullah . Allah subhənəhu və Təalə sizi bağışladığı və sevdiyi qullarından etsin . sualım belədir ; sünnəni , hədisi inkar edən , və deyən ki sizləri azdıran elə hədislərdi.... hətta özü ibadət belə etsə içkiyə haram gəlməyib deyə içki içən insan ümumi deyil... şəxsidə təkfir olunurmu ? və belə insana əssələmu aleykum demək icazəlidirmi ?
Allah sizdən razı olsun. əssələmu aleykum və rahmətullah
Cavab:
Va aleykumus-Sələm va rahmətullahi va bərakətuh. Elə firqələr var ki, sünnəyə şübhə ilə yanaşaraq inkar edirlər. Onlar təkfir olunmurlar, lakin bütün dəlillərə baxmayaraq sünnədən imtina edirlərsə, bu qism insanlar kafir ola bilər. Hökm verməkdə tələsmək olmaz, adi adamın kiməsə hökm vermək məsələsinə girişməsi özü təhlükəlidir.
"Quranilər" adı ilə tanınan firqə Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sonuncu peyğəmbər olduğunu inkar etdiklərinə görə kafirdirlər. Onlar şəhadətin ikinci hissəsini "Muhəmmədən Rasulullah" şəhadətini inkar etmişlər və ona görə müsəlman sayılmırlar.
Şeyx əl-Albani (Allah ona rəhm etsin) deyir: "Quranilər" yalnız Qurana müvafiq olan hədislərdən başqa mütləq olaraq Sünnə ilə ibadət etməyən bir tayfadırlar. Buna görə də namazları namazımız kimi, zəkatları zəkatımız kimi, ibadətləri ibadətlərimiz kimi və həmçinin də etiqadları da etiqadımız kimi deyildir. Bu da onların müsəlman olmamasını göstərir". ("Məvsuatu Albəni fil-Əqidə" 1/ 331).
Amma əgər insan "mən müsəlmanam" deyirsə, ona tutduğu bu yolun zəlalət yolu olduğunu, dinin yarısınından çoxunu qəbul etmədiyini və bütün bunların da hamısının küfr olduğunu başa salmaq lazımdır.

Mövzular: