"Allah Quranda müşrikləri cahil adlandırır, ona görə indiki cahillər də müşrikdir" şübhəsi
2758 oxunma
English
Məkkə müşrikləri cahil idilər, Allah Qurani-Kərimdə bir çox yerdə onların anlamayan və cahil olduğunu bildirdiyi halda, onlara kafir və müşrik dedi. Deməli bu gün də kim şirk və küfr edirsə, cahil olsa da müşrik və kafirdir.
Şübhəyə cavab:
Həqiqətdə Məkkə müşriklər cahil deyildilər və Lə iləhə illəllahı gözəl dərk edirdilər. Uca Allah buyurur: “Öz aralarından onlara xəbərdarlıq edən bir peyğəmbər gəldiyinə təəccüb edərək kafirlər dedilər: "Bu, yalançı bir sehrbazdır! O, bütün məbudları bir məbudmu etdi? Həqiqətən, bu, əcaib bir şeydir”. (Sad, 4-5).
Günümüzdə olan cahillər şirk etdiklərini, Allahdan qeyrisinə dua etdiklərini inkar edirlər. Lakin müşriklər Allahın şərikləri olduğunu, Allahdan qeyrilərindən kömək istədiklərini bilirdilər və bunu gizlətmirdilər.
Uca Allah Qurani-Kərimdə kafirlərə, müşriklərə ona görə cahil adını vermişdir ki, onlar bildikləri halda əməl etməkdən imtina edirdilər. Yəni, onlar bildikləri halda üz çevirdiklərinə görə Allah onların qəlblərini möhürləmiş və heç bir şey anlamaz olmuşlar. Ona görə Quranda deyilən “cahil” sözü bizim başa düşdüyümüz şəkildə olan cahillik deyil.
Hər kəlmə yerləşdiyi məkandakı örfə görə (insanların həmin məkanda ilk başa düşdükləri termin kimi) başa düşülür. Ona görə cahil sözünü Quranda qəsd edilən mənaya görə başa düşməliyik. Yoxsa müşriklər bilməməzlik cəhalətinə görə təkfir edilməmişlər.
Ona görə alimlər lüğəti üç yerə bolmüşlər: Camaatın başa düşdüyü (örfi məna), Lüğəvi (sözün lüğətdə olan mənası), şəri və örfi lüğət.
İman sözü kimi – cəhmiyyə iman sözünün lüğəti mənasını götürüblər. İman kəlməsi lüğətdə “bir şeyi təsdiq etmək” deməkdir. Cəhmiyyə “əməl imandan deyil” dedilər. Lüğəti mənasını götürdülər. Şəri iman isə qəlb ilə təsdiq, dil ilə iqrar və əzalarla əməldir. Ona görə də şəri məsələ olduqda “iman” sözü şəri mənada başa düşülməlidir. Digər məsələlərdə isə lüğəvi məna başa düşülür.
Qurani-Kərimdə Uca Allah namaz deyirsə, şəri namaz başa düşülür. Dua başa düşülmür. Çünki namaz sözünün ərəbcə “salə” lüğəti mənası “dua” deməkdir. Uca Allah buyurur: “Yer üzündə səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmanıza görə sizə günah gəlməz”. (ən-Nisa, 101). Allah deyir ki, səfər etdikdə namazları qısaldın. Camaatın başa düşdüyü (örfi) mənada “salə” sözü nəyi qəsd edirsə, o başa düşülür. Yəni, şəriətdə gələn məna başa düşülməyəndə Camaatın başa düşdüyü (örfi) məna başa düşülür. Şəriət və örfü məna qəsd edilməyəndə isə lüğəti məna başa düşülür. Uca Allah buyurur: “Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla salamlayın”. (əl-Əhzab, 56). Hədis inkarçıları deyirlər ki, “bu necə olur?” Əbul-Aliyə (Allah ona rəhm etsin) deyir: “Allahın salavat etməsi mələklər yanında onu (Peyğəmbəri) səna etməsi, mələklərin salavatı isə ona dua etmələridir”. (əl-Buxari, Təfsir, 256).
Diqqət edin! Uca Allah salavatın mənasını mələklər üçün şəri mənaya, Özünün salavat etməsini isə öymək olaraq lüğəti mənaya gətirdi. Allahın salavat etməsi mələkləri yanında öyməsidir. Ona görə Allahın, mələklərin və möminlərin salavat etmələri hərəsi ayrı mənaya gəlir. Möminlərin salavat etmələri şəri və örfi mənaya gələrək Allahummə salli demələridir.
Uca Allah buyurur: “Bir zaman Musa öz xalqına dedi: "Allah sizə bir inək kəsmənizi əmr edir!" Onlar: "Sən bizi ələ salırsan?"– dedilər Musa: "Cahil olmaqdan Allaha sığınıram!"– dedi”. (əl-Bəqərə, 67). Ələ salırsan sözünə qarşılıq Musa bu sözü dedi.
Ələ salmaq bir şeyi bilməkdisə, onun müqabili cəhalətdir. Bildiyin halda harama düşməyin, yalnış etdiyin zaman Qurana görə (Quranın örfünə görə) cəhalətdir.
Məsələn, Uca Allah buyurur: “Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları (bicəhələti – cəhalətləri) üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər. Həqiqətən, Allah Biləndir, Müdrikdir”.(ən-Nisa, 17). Bu ayədən belə çıxır ki, ancaq bilməməzlikləri ucbatından günah edənlərin tövbələri qəbul edilir. Lakin, icma ilə bilinir ki, bildiyi halda əməl etməyən və günah edənlər cahildirlər. Əksini iddia etsək, digər ayə və hədislərdəki tövbə məsələlərinə zidd olur. Biz də bilirik ki, Quran ayələrində ziddiyyət yoxdur. Ona görə mənası bildiyi halda pislik edənlərdir.
Mücahid (Allah ona rəhm etsin) bu ayə haqda deyir: “Allaha xəta ilə və ya qəsdlə üsyan edən kimsə, bu (günahı) tərk edənə (sıyrılana, xilas olana) qədər cahildir”. (İbn Kəsir “Təfsir”, 2/ 235; ət-Tabəri “Təfsir”, 8893).
Əbul-Aliyə (Allah ona rəhm etsin) bu ayə haqda belə deyir: “Allah Elçisinin səhabələri belə deyirdilər: “Qulun düşdüyü hər bir günah cəhalət səbəbilədir”. (ət-Tabəri “Təfsir”, 8891; İbn Kəsir “Təfsir” 2/ 235).
Dəlillər bunu göstərir ki, Uca Allah ancaq bilərək günah edənlərin tövbələrini qəbul edir. Bilməməzliyə görə onsuzda insanlar üzürlüdürlər. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) demişdir: "Uca Allah ümmətim üçün səhvən (bilmədən), unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcə, 2043).
Həmçinin, Uca Allah deyir ki, “...onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər...” (ən-Nisa, 17).
Səhabələrin icması ilə “tezliklə” yəni ruh boğaza gələnə qədər, ölümə qədər tövbə nəzərdə tutulur. Quranın örfündə nəzərdə tutulan budur.
İbn Abbas (Allah ondan razı olsun)bu ayə haqda deyir: “Sonra tezliklə tövbə edərlər” – yəni etdiyi günah ilə Ölüm mələyini görmə arasına qədərdir”. (ət-Tabəri “Təfsir”, 8905).
Dahhak (Allah ona rəhm etsin) bu ayə haqda deyir: “Ölümdən öncə edilən hər bir tövbə tezliklə deməkdir”. (ət-Tabəri “Təfsir”, 8909).
İkrimə (Allah ona rəhm etsin) bu ayə haqda deyir: “Dünya bütünlüklə yaxındır” – yəni tezdir. (ət-Tabəri “Təfsir”, 8910).
Abdullah ibn Amr (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Həqiqətən, Uca Allah qulun tövbəsini ölüm xırıltısı gələnə qədər qəbul edir”. (İbn Məcə, 4243, 4394. əl-Albani həsən olduğunu bildirmişdir).
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Kim günəş batdığı yerdən çıxmadan əvvəl tövbə edərsə, Allah onun tövbəsini qəbul edər”.(Muslim, 2703, 4872).
Məkkə müşrikləri cahil idilər, Allah Qurani-Kərimdə bir çox yerdə onların anlamayan və cahil olduğunu bildirdiyi halda, onlara kafir və müşrik dedi. Deməli bu gün də kim şirk və küfr edirsə, cahil olsa da müşrik və kafirdir.
Həqiqətdə Məkkə müşriklər cahil deyildilər və Lə iləhə illəllahı gözəl dərk edirdilər. Uca Allah buyurur: “Öz aralarından onlara xəbərdarlıq edən bir peyğəmbər gəldiyinə təəccüb edərək kafirlər dedilər: "Bu, yalançı bir sehrbazdır! O, bütün məbudları bir məbudmu etdi? Həqiqətən, bu, əcaib bir şeydir”. (Sad, 4-5).
Günümüzdə olan cahillər şirk etdiklərini, Allahdan qeyrisinə dua etdiklərini inkar edirlər. Lakin müşriklər Allahın şərikləri olduğunu, Allahdan qeyrilərindən kömək istədiklərini bilirdilər və bunu gizlətmirdilər.
Uca Allah Qurani-Kərimdə kafirlərə, müşriklərə ona görə cahil adını vermişdir ki, onlar bildikləri halda əməl etməkdən imtina edirdilər. Yəni, onlar bildikləri halda üz çevirdiklərinə görə Allah onların qəlblərini möhürləmiş və heç bir şey anlamaz olmuşlar. Ona görə Quranda deyilən “cahil” sözü bizim başa düşdüyümüz şəkildə olan cahillik deyil.
Hər kəlmə yerləşdiyi məkandakı örfə görə (insanların həmin məkanda ilk başa düşdükləri termin kimi) başa düşülür. Ona görə cahil sözünü Quranda qəsd edilən mənaya görə başa düşməliyik. Yoxsa müşriklər bilməməzlik cəhalətinə görə təkfir edilməmişlər.
Ona görə alimlər lüğəti üç yerə bolmüşlər: Camaatın başa düşdüyü (örfi məna), Lüğəvi (sözün lüğətdə olan mənası), şəri və örfi lüğət.
İman sözü kimi – cəhmiyyə iman sözünün lüğəti mənasını götürüblər. İman kəlməsi lüğətdə “bir şeyi təsdiq etmək” deməkdir. Cəhmiyyə “əməl imandan deyil” dedilər. Lüğəti mənasını götürdülər. Şəri iman isə qəlb ilə təsdiq, dil ilə iqrar və əzalarla əməldir. Ona görə də şəri məsələ olduqda “iman” sözü şəri mənada başa düşülməlidir. Digər məsələlərdə isə lüğəvi məna başa düşülür.
Qurani-Kərimdə Uca Allah namaz deyirsə, şəri namaz başa düşülür. Dua başa düşülmür. Çünki namaz sözünün ərəbcə “salə” lüğəti mənası “dua” deməkdir. Uca Allah buyurur: “Yer üzündə səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmanıza görə sizə günah gəlməz”. (ən-Nisa, 101). Allah deyir ki, səfər etdikdə namazları qısaldın. Camaatın başa düşdüyü (örfi) mənada “salə” sözü nəyi qəsd edirsə, o başa düşülür. Yəni, şəriətdə gələn məna başa düşülməyəndə Camaatın başa düşdüyü (örfi) məna başa düşülür. Şəriət və örfü məna qəsd edilməyəndə isə lüğəti məna başa düşülür. Uca Allah buyurur: “Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla salamlayın”. (əl-Əhzab, 56). Hədis inkarçıları deyirlər ki, “bu necə olur?” Əbul-Aliyə (Allah ona rəhm etsin) deyir: “Allahın salavat etməsi mələklər yanında onu (Peyğəmbəri) səna etməsi, mələklərin salavatı isə ona dua etmələridir”. (əl-Buxari, Təfsir, 256).
Diqqət edin! Uca Allah salavatın mənasını mələklər üçün şəri mənaya, Özünün salavat etməsini isə öymək olaraq lüğəti mənaya gətirdi. Allahın salavat etməsi mələkləri yanında öyməsidir. Ona görə Allahın, mələklərin və möminlərin salavat etmələri hərəsi ayrı mənaya gəlir. Möminlərin salavat etmələri şəri və örfi mənaya gələrək Allahummə salli demələridir.
Uca Allah buyurur: “Bir zaman Musa öz xalqına dedi: "Allah sizə bir inək kəsmənizi əmr edir!" Onlar: "Sən bizi ələ salırsan?"– dedilər Musa: "Cahil olmaqdan Allaha sığınıram!"– dedi”. (əl-Bəqərə, 67). Ələ salırsan sözünə qarşılıq Musa bu sözü dedi.
Ələ salmaq bir şeyi bilməkdisə, onun müqabili cəhalətdir. Bildiyin halda harama düşməyin, yalnış etdiyin zaman Qurana görə (Quranın örfünə görə) cəhalətdir.
Məsələn, Uca Allah buyurur: “Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları (bicəhələti – cəhalətləri) üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər. Həqiqətən, Allah Biləndir, Müdrikdir”. (ən-Nisa, 17). Bu ayədən belə çıxır ki, ancaq bilməməzlikləri ucbatından günah edənlərin tövbələri qəbul edilir. Lakin, icma ilə bilinir ki, bildiyi halda əməl etməyən və günah edənlər cahildirlər. Əksini iddia etsək, digər ayə və hədislərdəki tövbə məsələlərinə zidd olur. Biz də bilirik ki, Quran ayələrində ziddiyyət yoxdur. Ona görə mənası bildiyi halda pislik edənlərdir.
Mücahid (Allah ona rəhm etsin) bu ayə haqda deyir: “Allaha xəta ilə və ya qəsdlə üsyan edən kimsə, bu (günahı) tərk edənə (sıyrılana, xilas olana) qədər cahildir”. (İbn Kəsir “Təfsir”, 2/ 235; ət-Tabəri “Təfsir”, 8893).
Əbul-Aliyə (Allah ona rəhm etsin) bu ayə haqda belə deyir: “Allah Elçisinin səhabələri belə deyirdilər: “Qulun düşdüyü hər bir günah cəhalət səbəbilədir”. (ət-Tabəri “Təfsir”, 8891; İbn Kəsir “Təfsir” 2/ 235).
Dəlillər bunu göstərir ki, Uca Allah ancaq bilərək günah edənlərin tövbələrini qəbul edir. Bilməməzliyə görə onsuzda insanlar üzürlüdürlər. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) demişdir: "Uca Allah ümmətim üçün səhvən (bilmədən), unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcə, 2043).
Həmçinin, Uca Allah deyir ki, “...onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər...” (ən-Nisa, 17).
Səhabələrin icması ilə “tezliklə” yəni ruh boğaza gələnə qədər, ölümə qədər tövbə nəzərdə tutulur. Quranın örfündə nəzərdə tutulan budur.
İbn Abbas (Allah ondan razı olsun) bu ayə haqda deyir: “Sonra tezliklə tövbə edərlər” – yəni etdiyi günah ilə Ölüm mələyini görmə arasına qədərdir”. (ət-Tabəri “Təfsir”, 8905).
Dahhak (Allah ona rəhm etsin) bu ayə haqda deyir: “Ölümdən öncə edilən hər bir tövbə tezliklə deməkdir”. (ət-Tabəri “Təfsir”, 8909).
İkrimə (Allah ona rəhm etsin) bu ayə haqda deyir: “Dünya bütünlüklə yaxındır” – yəni tezdir. (ət-Tabəri “Təfsir”, 8910).
Abdullah ibn Amr (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Həqiqətən, Uca Allah qulun tövbəsini ölüm xırıltısı gələnə qədər qəbul edir”. (İbn Məcə, 4243, 4394. əl-Albani həsən olduğunu bildirmişdir).
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Kim günəş batdığı yerdən çıxmadan əvvəl tövbə edərsə, Allah onun tövbəsini qəbul edər”. (Muslim, 2703, 4872).
Mövzular: