Bidət əhlinin şübhələrinə aldanmamaq üçün qaydalar...

English

Ey müsəlman qardaşım! Bil ki, bidət əhli Əhli-Sünnə kitablarından əhli-sünnənin əleyhinə dəlil gətirərkən aşağıdakı yollardan birinə əl atılıb.

1. Kitabın orijinalında olmayan məsələ gətirilib.

2. Zəif və uydurma hədis gətirilib.

3. Alimin təfsilata ehtiyacı olan ümumi sözləri gətirilib.

4. Alimin xətası gətirilib.

5. Alimin azmış firqələrin adından dediyi, lakin öz fikri olmadığı söz alimin adından gətirilib.

6. Alimin şaz görüşü, əhli sünnə tərəfindən məqbul olmayan görüşü gətirilib.

7. Alimin şəxsi fikri Əhli-Sünnənin mövqeyi kimi göstərilib.

8. Özünü Əhli-Sünnəyə nisbət edən, əslində isə bidət əhlindən olan alimlərin sözləri gətirilib.

9. Əhli-Sünnədə ixtilaf olan məsələlər gətirilib.

10. Səhih hədis Əhli-Sünnənin yox, bidət əhlinin başa düşdüyü kimi gətirilib.

Ey müsəlman qardaşım! Ona görə də sənə Əhli-Sünnə kitablarından dəlil gətirsələr bunları tələb et:

1. Həmin dəlil barədə mötəbər Əhli-Sünnə alimlərinin rəyləri.

2. Dəlilin Əhli-Sünnədə şaz (ziddiyyətli və qəbuldan uzaq) və ya racih (ən üstün) olmasına dair alimlərin sözləri.

3. Dəlilin alimin xətası olub-olmadığına dair Əhli-Sünnənin mövqeyi.

4. Dəlilin icma olduğu və ya ixtilaflı olub-olmadığına dair Əhli-Sünnənin mövqeyi.

5. Dəlilin səhih və ya zəif olmasına dair Əhli-Sünnənin mövqeyi.

6. Dəlilə münasibət bildirən alimin xəta edib-etməməsinə dair Əhli-Sünnənin mövqeyi.

Ey müsəlman qardaşım! Bidət əhlinin “Filan şey Əhli-Sünnənin öz kitablarında var” sözü səni aldatmasın.

İbrət bir şeyin Əhli-Sünnə kitablarında olmasında deyil, ibrət onun səhih olub-olmamasındadır!