Şeyx İbn əl-Useyminə (Allah ona rəhm etsin) sual verirlər: “Şeyx, Darul-İslam və Darul-Küfrün tərifi nədir?”
Şeyx cavab verir: “Darul-İslam o diyardır ki, orada İslamın şüarları icra olunur. Bu hakimlərlə bağlı bir məsələ deyil. Hətta, o ölkədə kafir əmir hakimlik etsə belə, o ölkədə İslamın şüarları zahir olarsa, ora “Darul-İslam” hesab olunur. Orada azan verilirsə, (camaatla) namaz qılınırsa, cümə namazı qılınırsa və ya İslamın digər ayinləri – oruc, həcc və sair buna bənzər başqa əhkamlar icra olunursa, o ölkə “Darul-İslam” adlanır. Hətta oranın hakimləri kafir olsa belə... Çünki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) bizə əmr edib ki, açıq-aydın küfr gördükdə, o küfrə qarşı vuruşmaq lazımdır. Mənası da odur ki, ölkəmiz İslam diyarı olaraq qalıb kafirlə vuruşulur. Və həmin küfrün hökmü də aradan qalxır. Amma bəzi camaatlar deyir ki, küfr olan diyarlarda da müsəlmanlar hökm verməlidir ki, (yəni hakimlər müsəlmanlar olmalıdır ki) ora İslam diyarından sayılsın. Bu isə düzgün deyil. Əgər biz bu gün onların dediklərini tətbiq etsək, neçə İslam ölkəsi olacaq? Yalnız bir-iki İslam ölkəsi qalacaq. Doğrusunu Allah bilir. Hər bir halda bu düzgün fikir deyil. Əgər bir ölkədə İslamın şüarları izhar olunursa, ora İslam diyarıdır. O ki, qaldı o ölkədə həm İslam, hə də küfrün şüarları izhar olur, necə ki, orada azan eşidilir, namaz qılınır və bununla yanaşı eyni vaxtda orada yəhudilərə və xristianlara aid ayinlər də icra olunur, bu zama biz oranı nə adlandırırq? Belə olan halda hakimlərə və çoxluğa qayıdırıq. Çünki, hakim orada küfrün şüarlarını aradan qaldırmaqda aciz ola bilər. Əgər həmin diyarın əhalisinin əksəriyyəti müsəlman və hakimləri də müsəlmandırlarsa, onda biz ora müsəlman ölkəsi deyirik. Hətta orada küfrün şüarlarından hər hansı biri izhar olunsa belə... Çünki, orada kəmiyyət və rəhbərlik baxımından əksəriyyət müsəlmanlar təşkil edir. Lakin, bunlar asiliklərdir və onlar bu asilikləri aradan qaldırmağa acizdirlər. Ancaq asilikləri aradan qaldırmaq və qadağan etmək vacibdir. Müsəlman ölkələrində açıq-aşkarda xaç gəzdirmək qadağandır. İslam ölkələrində kilsələrin üzərində və ya yol kənarlarında xaç yerləşdirmək qadağandır".