"Cahillikdə üzr görənlər murciədirlər" şübhəsi

English

"Cahillikdə üzr görənlər murciə məzhəbinə daxil olanlardır" şübhəsi

Şübhəyə cavab: 
Şeyx Muhamməd Saleh ibn əl-Useymindən (Allah ona rəhm etsin) bu barədə soruşurlar: “Bəzi insanlar deyirlər ki, cahillikdə üzr görənlər murciə məzhəbinə daxil olanlardır - buna necə baxırsınız?” Şeyx İbn əl-Useymin (Allah ona rəhm etsin) cavab verərək buyurur: “Cahilliyin üzürlü olması Quran və Sünnədən götürülmüşdür. Bir nəfər dəlil gətirə bilməz ki, insan cahilliyinə görə üzürlü deyildir. Çünki, Uca Allah buyurur: “Biz müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın”. (ən-Nisa, 165). Əgər cahillik üzr olmasaydı, Rəsulların göndərilməsində heç bir fayda olmazdı. Quran və Sünnənin dəlilləri insanın cahilliyinin üzrlü olmasını tələb edir. Bunu artıq bizdən qabaq İbn Teymiyyə və Muhamməd ibn Abdul-Vahhab kimi alimlər bildirmişlər” (“Liqaətul-Bəb əl-Məftuh”, 33/ Sual 12, “Hukmul-Murciə va Mən Yuzəru bi Cəhlihi”).
 
Şeyx Rabi (Allah ona rəhm etsin) buyurur: “Sələfilər, ən başda İbn Teymiyyə olmaqla, buyururlar ki, “əqidə məsələrində insan cahil olsa üzürlüdür. Əhli-Sünnədə üstün rəy odur ki, cahil insan onun üzərindən huccət qalxana kimi üzrlüdür”. (“Fətava fil-Aqiydə val-Mənhəc” Birinci halqa”).

Mövzular: