“Cəhənnəmdən səcdə və namaz əhli çıxacaq” şübhəsi

English

Şübhə gətirərək deyirlər: “Bəzi hədislərdə gəlib ki, Cəhənnəmdən səcdə və namaz əhli çıxacaq”, yəni mütləq alında səcdə izi olmalıdır!

Şübhəyə cavab: 

Bu batil iddiadır. Buna da dəlil Allah Rəsulunun (ona Allahın salavatı və salamı olsun) bu hədisidir.Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: “... Bundan sonra İzzətli və Qüdrətli Allah: “Mələklər şəfaət etdilər, peyğəmbərlər şəfaət etdilər, möminlər şəfaət etdilər. (Şəfaət etməyən) bircə rəhmlilərin Rəhmlisi qaldı”– deyə buyuracaq, sonra da heç vaxt yaxşılıq etməmiş bir toplumu ovuclayıb Cəhənnəmdən çıxaracaq”. (Əhməd, 3/ 94; Abdur-Razzaq "Musannəf" 20857). İbn Məsuddan (Allah ondan razı olsun) rəvayət edir ki: "Rəsulullahdan (salləllahu aleyhi və səlləm) soruşdum: "Əməllərin ən fəzilətlisi hansıdır?" Dedi: "Vaxtında qılınan namaz". (əl-Buxari, 527; Muslim, 85). Bu hədisdən də göründüyü kimi namaz ən xeyirli əməllərdəndir. Amma yuxarıdakı hədisə diqqət etsəniz heç bir xeyir əməl etməyənlərdən bəhs olunur. Bu da o deməkdir ki,orada söhbət namaz qılmayanlardan gedir.

Mövzular: