Bəziləri iddia edirlər ki, namaz hədisdə istisnadır. Yəni, bu dəlil ümumidir. Quran və Sünnənin namaz qılmayanın kafir olmasına dəlalət etməsi, namazı xüsusiləşdirir. Ona görə də namaz istisnadır.
Şübhəyə cavab:
Əgər bir xəbərdə istisna zikr olunursa, ondan sonra xüsusiləşmək qəbul olunmur. Çünki bu, artıq Peyğəmbəri (salləllahu aleyhi və səlləm) “məsələni bizə tam bəyan etməyib”- deyə ittiham etməkdir ki, bu da batildir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) yalnız Tövhidi istisna etdi. Əgər lazım olsaydı, namazı da istisna edərdi. Demək namaz istisna deyildir. Həmçinin, namaz qılanlar, oruc tutanlar, həcc edənlər şəfaət hədisinin əvvəlində zikr olunmuşdur. Sonra isə deyilir ki, Cəhənnəmdən elə insanlar çıxacaq ki, onlarda yalnız sadiq qəlb ilə deyilən tövhid kəlməsi olacaqdır. Həmçinin, belə hədislər çoxdur. Misal olaraq şəfaət hədislərini gətirmək olar: Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, mən Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşdum: “Ey Allahın Elçisi! Qiyamət günü sənin şəfaətin sayəsində ən böyük səadətə çatan adam kim olacaq?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Ey Əbu Hureyra! Mən sənin hədis öyrənməyə olan hərisliyini görüb düşünürdüm ki, səndən əvvəl heç kəs bu hədis barəsində məndən soruşmayacaq. Qiyamət günü mənim şəfaətim sayəsində ən böyük səadətə çatanlar, səmimi qəlblə “Lə iləhə illəllah” deyən kimsələr olacaq”. (əl-Buxari, 99). Diqqət edin, burada Peyğəmbər (salləllahu aleyhi və səlləm) qeyd etdi ki, “Şəfaətimə nail olanlar samimi qəlblə “Lə iləhə illəllah” deyənlər olacaq”.

Mövzular: