“Muazın səcdə etməsi” hədisindəki səcdənin ehtiram səcdəsi olduğu şübhəsi

English

“Muazın səcdə etməsi” hədisindəki səcdənin ehtiram səcdəsi olduğunu irəli sürərək, bu səcdəni Yusuf və Adəmə (Allahın onlara salamı olsun) edilən səcdəyə oxşadırlar. 

Şübhəyə cavab: 

Qarşılıqlı sual verilir: “Ehtiram səcdəsinin İslamda hökmü nədir?” Yusuf və Adəmə (Allahın onlara salamı olsun) edilən səcdənin gözəl bir əməl olmasinda ixtilaf yoxdur. Bizim şəriətdə isə bu qadağan olunmuşdur. Allahdan qeyrisinə edilən səcdənin dindən çıxardan bir amil olduğuna görə cahaləti üzür saymayanlar bu əməli edəni təkfir etmişlər. Üzür sayanlar isə cahillikdən etdiyinə görə müsəlman görmüşlər. Həmçinin, Muazın (Allah ondan razı olsun) səcdəsi gözəl bir əməl olsaydı, Peyğəmbər (salləllahu aleyhi və səlləm) bunu qadağan etməzdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) Muaza bu əməlin dinimizdə icazə verilmədiyini, verilsəydi ancaq və ancaq qadinlara ərlərinə səcdə etmələri üçün icazə veriləcəyini bildirmişdir.

Mövzular: