Namazı tərk edənin hökmü - Şeyx İbn Useymin

English
Sual: Şeyx, insan ixtilaf etdikdə onun başına gələcək (ona tətbiq ediləcək) hökmlər barədə cahildirsə, üzürlü sayılırmı? Məsələn, namazı tərk etməyin küfr olduğunu bilmir?
Cavab: Etdiyi şeyin şəriətə zidd olduğunu bilən insan, necə ki bunun dəlilini onda zikr etdik (bu dəlil Ramazan orucu vaxtı ailəsi ilə yaxınlıq edənin hədisidir. Həmin insan bildi ki, Ramazan günlərində cinsi əlaqədə olmaq olmaz, amma cinsi əlaqədə olarsa, başına nə gələcəyini bilmirdi. Buna baxmayaraq Rəsulullah - salləllahu aleyhi və səlləm - ona kəffarə əmr edir) müxalif olduğu şeyə görə başına nələr gələcəyindən cahil olsa belə, bu barədə üzürlü sayılmır. Buna görə də namazı tərk edən müsəlmanların arasında yetişibsə, ona gizli deyil ki, o, şəriətə müxalif olmuşdur, günah etmişdir. Bu zaman namazı tərk etməyin küfr olmasını bilməsə belə kafir olur. Amma, əgər o insan elə bir ölkədə yetişib ki, o ölkədə namaz qılmayanı kafir görmürlər və həmin ölkədə də məşhur və aralarında gedən rəy budursa, o, öz ölkəsinin elm əhlinə təqlid etdiyi üçün KAFİR OLMUR. Eləcə də əgər onların elm əhli bir haramı haram görmürsə, həmin ölkədə o haramı edən insanlar günah daşımır. Çünki, adi insanların işi təqlid etməkdir. Uca Allah buyurur: “Əgər bilmirsinizsə, zikr əhlindən soruşun” (əl-Ənbiya surəsi, 7). Allah müvəffəq etsin”. (İbn əl-Useymin “Məcmuul-Fətəva” 225).