“Namaz qılmayanı kafir saymaq rəyini götürməkdə nə problem var ki?!” şübhəsi

English

Deyirlər ki: “Mən bu rəyi (namaz qılmayanın kafir olması rəyini) götürmüşəm, problem olan nədir ki?” Və elə hesab edir ki, əgər bu rəyi götürdünsə, deməli artıq bitdi, kim namaz qılmırsa hüccətsiz kafirdir.

Şübhəyə cavab: 

Bu batildir. Lap hesab edək ki, kimsə o rəyi götürüb. Bu o demək deyil ki, kim namaz qılmırsa kafirdir. Hətta o rəyi götürsək belə, təkfirin şərtləri o insana tətbiq olunmamış o insan kafir sayılmır. Necə ki, əgər sən oğrunun əlinin kəsilməsini təsdiq edirsənsə, bu o demək deyil ki, sən onun əlini kəsəsən. Namaz qılmayaı kafir görən alimlər belə təkfirin şərtləri tamamlanmamış kafir hökmü vermir və kafir adlandırmır. Necə ola bilər ki, şirk edən insanı dərhal kafir saymaq olmursa, namaz qılmayanı dərhal kafir sayaq? Bu batildir. Əhli-Sünnənin etiqadına görə şirk və ya küfr edən insan dərhal kafir olmur. O vaxta qədər ki, təkfirin şərtləri ona tətbiq olunmasın. Əgər bu belədirsə, namaz qılmayan dərhal kafir sayıla bilərmi?! Namaz qılmayanı kafir sayan alimlər ümumən (yəni, insanların küfrü icra edənləri deyil, məsələnin hökmünü nəzərdə tuturlar) kafir sayırlar. Necə ki, ümumi deyirlər ki, Allahdan qeyrisini dua edərək çağıran müşrikdir. Amma müəyyən şəxslərə gələndə ona mütləq hüccət və s. şərtlər tətbiq olunur. Həmçinin, namaz da belədir. Ola bilsin, hansısa alim desin ki, “namaz qılmayan kafirdir”. Bu ümumi hökmdür. Lakin müəyyən şəxslər qılmırsa, ona mütləq şərtlər tətbiq olunmalıdır. Əgər oğruya, quldura, şirk edənə şərtlər tətbiq olunursa, deməli namaz qılmayana da tətbiq olunmalıdır.

Mövzular: