Böyük alimlərin namaz qılmayanı təkfir etməsi şübhəsi

English

Böyük alimlərin adlarını sadalayaraq deyirlər ki, "filan alim namaz qılmayanı kafir sayır". Məs: İmam Şafii, İmam Məlik, İmam Əhməd, İbn Teymiyyə və s. (Allah onlara rəhm etsin)

Şübhəyə cavab: 
Bu üslub şübhə əhlinin üslublarındandır. Misal üçün dörd böyük məzhəb alimi namaz qılmayanı müsəlman sayıb, sadəcə olaraq İmam Əhməddən (Allah ona rəhm etsin) bu barədə bir neçə rəy sabit olub. Səhih də odur ki, İmam Əhməd namaz qılmayanı müsəlman sayıb. Necə ki, bunu Hənbəli məzhəbinin böyük alimlərindən olan İbn Qudamə (Allah ona rəhm etsin) öz “Muğni” əsərində qeyd edir.
 
Həmçinin, İbn Teymiyyə (Allah ona rəhm etsin) açıq aydın deyir ki, “namazı bütövlüklə tərk edən kafirdir”. Bu “bütövlüklə” sözünü bəziləri elə başa düşüb ki, İbn Teymiyyə (Allah ona rəhm etsin) bu sözlə demək istəyir ki, namaz qılmayan kafirdir. Amma bu belə deyildir. Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) “namazı bütövlüklə tərk etmək” deyəndə, yəni bu insanın namaz qılmasının mümkün olmadığını qəsd etmişdir. Şeyxul-İslamın qəsdi çəkdiyi misaldan gözəl başa düşülür. Şeyx namazı bütünlüklə tərk edəni belə vəsf edir: "Qılıncı boğazına tuturlar və deyirlər ki, ya namaz qılacaqsan, ya da ki, öldürəcəyik. Əgər o insan ölümü seçirsə, artıq namazı bütövlüklə tərk etmiş sayılır. Şeyxul-İslam da “namazı bütövlüklə tərk edən” deyəndə bunu nəzərdə tutur. Sual edilə bilər ki: “Haradan bilirik ki, İbn Temiyyə (Allah ona rəhm etsin) bunu qəsd edirdi?” Cavab olaraq deyilir: “Böyük alimlər Şeyxul-İslamın (Allah ona rəhm etsin) sözünü belə başa düşüblər. Məs: Şeyx Albani və başqaları. Hətta, Şeyx Cibrinə bu barədə sual verirlər və şeyx Cibrin cavabında deyir: “Şeyxul-İslam ölümə razı olub, lakin namaz qılmağa razı olmayanı kafir adlandırmışdır”. Yəni, bu alimlərin fəhmidir. Şeyxul-İslamın (Allah ona rəhm etsin) bu sözünü isə hamı deyir. Ona görə də “Şeyxul-İslam namaz qılmayanı kafir sayır”– demək xətadır. 

Mövzular: