“Cinsul-Əməl” şübhəsi

English

Əgər bir insan müsəlmandırsa, “Cinsul-Əməl” olmalıdır. Yəni, əməli olmalıdır.

Şübhəyə cavab: 
İlk növbədə, qeyd etmək lazımdır ki, Əhli-Sünnənin əqidəsindən xəbəri olan kəs bilir ki, Əhli-Sünnə “mucməl”, yəni üstü örtülü və ya iki məna daşıyan sözlərdən uzaq olub. Yəni sələflər daim mucməl sözlərdən qaçıblar. Onlar daima Quran və Sünnədə olan, səhabələrin, tabiinlərin və onlardan sonra gələn xeyirli sələflərin sözlərini istifadə ediblər. Yəni, onlar heç vaxt kəlam əhlinin sözlərini istifadə etməyiblər. “Cinsul-Əməl” mucməl, yəni iki məna daşıyan sözlərdəndir. Bu kəlməni nə səhabələr, nə tabiinlər, nə sələflər, nə də ki, onlardan sonra gələn böyük imamlar işlətməyiblər. Yəni bu söz yeni bir sözdür. Halbuki, iman möv­zusunda səhabələr də danışıb, tabiinlər də danışıb, böyük imamlar da danışıblar. Amma heç biri bu kəlməni işlətməyib. Deməli, bu söz yeni bir sözdür. Həmçinin, bu söz “mucməl”, yəni iki məna daşıyan sözlərdən olduğuna görə həm haqq tərəfi, həm də batil tərəfi vardır. Deyirlər ki, “Cinsul-Əməl” olmasa insan kafir olur. Onlardan soruşuruq: “Bu söz ilə qəsdiniz nədir?” Çünki, biz bilirik ki, əməl həm qəlbi, həm də zahiri olur. Əgər demək istəyirlərsə ki, ümumiyyətlə əməl olmasa insan kafir olur, o zaman biz də onlarla razıyıq. Çünki şəkk yoxdur ki, qəlbi əməllər olmasa insan kafirdir. Yəni, “əgər heç bir əməl olmasa” deyərkən, qəlbi əməli də nəzərdə tuturlarsa, biz də onlarla razıyıq. O zaman biz də deyirik ki, “Cinsul-Əməl” olmasa insan kafirdir. Yox, əgər, “Cinsul-Əməl” deyəndə, zahiri əməlləri nəzərdə tuturlarsa, onda bizə bu terminlə “Cinsul-Əməl” termini ilə yox, başqa ibarə ilə gətirsinlər, hansi ki, o ibarəni sələflər işlədib və bildiriblər ki, zahiri əməl olmasa insan kafirdir. Əks halda biz zahiri əməllərin hökmünü yuxarıda qeyd etdik və bildirdik ki, zahiri əməl olmasa insanın imanı kamil olmur. Yəni zahiri əməllər imanın kamilliyi üçün şərtdir. Ona görə də bu “Cinsul-Əməl” kəlməsi belə çətinliklər törədir deyə, Şeyx İbn əl-Useymin (Allah ona rəhm etsin) dərslərinin birində bu “Cinsul-Əməl” barəsində gözəl söz deyir. O vaxt ki, ona sual verirlər “Ya Şeyx, “Cinsul-Əməl” olmasa insan kafir olurmu?” Şeyx İbn əl-Useymin (Allah ona rəhm etsin) buyurur: “Bu qaydanı kim deyib? Kim deyib onu? Yoxsa Peyğəmbər (səllallahu aleyhi və səlləm) deyib? Kim deyib?” Sonra isə buyurur: “Bu söz mənasızdır”. Daha sonra deyir: “Kafir o kəsdir ki, Allah və Rəsulu onu kafir saysın. O ki qaldı “Cinsul-Əmələ”, bunların hamısı boş şeylərdir və heç bir faydası yoxdur”. (İbn əl-Useyminin “Əsilətul-Qatariyyə” dərsi).

Mövzular: