"Peyğəmbərin gəlişi ilə hüccət qaldırılıb, huccət çatdırmağa ehtiyac yoxdur" şübhəsi
1271 oxunma
English
Uca Allah buyurur: “Biz bir qövmə peyğəmbər göndərməmiş onlara əsla əzab etmərik”. (əl-İsra, 15).
Bəziləri iddia edir ki, əvvəllər nə vaxtsa peyğəmbərlər göndərilibsə, deməli bu günümüzdəki insanlara hüccət çatıb və onlara ayələrdə deyildiyi kimi “əbədi əzab veriləcək”. Başqa sözlə, özünə müsəlman deyərək bilmədən şirk əməllər edənlərin kafir olduğunu iddia edirlər.
Şübhəyə cavab:
Əvvəla belə bir məna sələfin heç bir təfsir kitabında öz əksini tapmır. Təfsir kitablarında İslama nisbət olunan kimsələr üçün belə bir təfsiri heç kim verməyib. Həmçinin, Quran və Sünnədə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) gəlişindən sonra təkfirin şərtlərinin və maneələrinin ləğv olunmasını bildirən heç bir dəlil yoxdur. Əksinə, bu günə kimi maneələr aradan qalxmadıqca təkfir etməyin təhlükəli və haram olması barədə kitablar yazılmış və yazılmaqdadır. Əgər Peyğəmbərlərin göndərişi ilə hüccət bəzi qardaşların başa düşdüyü formada tamamlanmış olsaydı, onda bütün maneələr ardan qalxmış sayılardı. Bütün maneələr aradan qalxmış sayılsaydı, onda alimlər nə üçün maneələri hələ də zikr edib bu haqda kitablar yazırlar? Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dövründə İslamın əvvəlində, ortasında və axırında bilməməzlikdən küfr və şirk edənlər hər zaman üzürlü sayılmışlar. Üzürün İslamın yalnız əvvəlinə, ortasına və ya axırına aid olmasına aid bir dəlil olmadığı kimi, o dövrdə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) gəlişinin bu günkü insanlara hüccətin çatması kimi başa düşülməsinə də aid dəlil yoxdur.
Elçilərin gəlişində məqsəd insanlara haqqın çatdırılması deyilmi? Əgər müəyyən insanlara haqq çatmayıbsa, nə vaxtsa Peyğəmbərlərin gəlişi onlara necə hüccət sayıla bilər? Ayələrin zahiri ləfzinə deyil, Allahın peyğəmbərlərin göndərişi ilə nəyi qəsd etdiyini anlamaq lazımdır.
Əvvala bu ayələri kor koranə götürmək nə əqllə (ağılla), nə də nəqllə (dəlillərlə) düz gəlmir. Çünki, bir bölgəyə peyğəmbərin göndərilməsi digər bölgəyə belə kifayət etməyə bilər. Necə ki, eyni vaxtlarda müxtəlif yerlərdə peyğəmbərlər olub. Bir peyğəmbərin gəlişi hüccət olsaydı, nəyə görə Uca Allah qalanlarını göndərirdi? “Peyğəmbər göndərməmiş onlara əsla əzab etmərik”- deyildikdə ümumi nəzərdə tutulan məna “insanlara haqq çatdırılmamış onlara əzab etmərik” sözüdür. Ayələrdəki hökmlər isə mənalara bağlıdır, ayənin zahirinə deyil. Bu ayələrdə “peyğəmbər” sözünün keçməsinin hikmətlərindən bəzilərini sizə zikr edəcəyik. Allah insanlara hüccəti yalnız peyğəmbərlərlər vasitəsilə çatdırmışdır. Bu da insanlara hüccət çatdırılmasının ən kamil vasitəsidir. Fikirləşin bir var kiməsə haqqı başa salmaq üçün, ona kitab və yaxud kaset verəsən, bir də var ki, elmli və səbirli bir insan gedib şəxsən – əziyyətinə rəğmən – hikmətlə onları dəvət etsin. Məs; belə alimlərin və elm əhlinin ona haqqı çatdırmasından sonra hüccət çatmasından arxayın olmaq olar, çünki alimlər peyğəmbərlərin varisləridir. Bu gün bizdə elm və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əxlaqi sifətləri yoxdursa, kiməsə hüccət çatdırmağımızdan arxayın ola bilmərik.

Mövzular: