tarixi hadisələr

Keçmiş sələf alimlərinin rəhbərə qarşı çıxmağı icazəli görən alimi cərh etmələri barədə

əl-Həsən ibn Salih ibn Həy əl-Həmdani (ölümü h. 169)

Alim və lakin...

O - alim, zahid, təqva əhli, bir çox hədisi əzbərdən bilən və çox asanlıqla kövrələn bir insan idi.

O ilk dövrlərdə yaşamış və ibadətlərinin çoxluğu ilə tanınmış Sufyan əs-Səuri və başqaları kimi sələf alimlərinin həmyaşıdı idi. Hədis ravilərindən biri sayılırdı. “Cərh və tədil” elmində öz ciddiliyi ilə seçilən Əbu Hatim ər-Razi (Allah ona rəhm etsin) onun haqqında “etibarlı, əzbərdən çoxlu hədis bilən” demişdi.

English

Həccac ilə Səid ibn Cubeyrin hadisəsi

English

İbn Abbasın xəvariclərlə mübahisəsi

Rəvayət edilir ki, Abdullah İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Hərurilər (xəvariclər) zühur etdikdə altı min nəfər idilər. Mən Əliyə (Allah ondan razı olsun) dedim: “Ey möminlərin əmiri! Sən namazı bir az gecikdir ki, mən onlarla söhbət edim!” O buyurdu:  “Mən sənin üçün təhlükədən qorxuram!” Mən: “Sən heç narahat olma”- deyərək, ən gözəl paltarımı geyinib yola düşdüm və onların toplandıqları evə gəldim. Onlar günorta istirahətində idilər. Onlardan ibadətə daha şiddətli həris olanını görməmişdim.

English

Pages