bidətçilərlə münasibət

Rəddiyyədən öncə nəsihət şərt deyil - Şeyx əl-Albani

Şeyx əl-Albaniyə (Allah ona rəhm etsin) sual verirlər: Bəziləri rəddiyyəni çap etməmişdən öncə bir nüsxəsini rədd etdiyin kəsə göndərməyi şərt görürlər ki, o da görsün və deyirlər ki, sələf mənhəci budur.

English

Hafiz ən-Nəvəvi və İbn Həcəri indiki bəzi bidətçilərlə eyni tutmaq barədə

Bu iki sinif arasını eyni tutmaq və ya müqayisə etmək olmaz, çünki Hafiz ən-Nəvəvi və Hafiz İbn Həcər (Allah onlara rəhm etsin) kimi alimlərə hüccət qaldıran olmadığına görə onlar düşdükləri bəzi bidətlərdə üzürlüdürlər. Bu üzrlərdən:

- Onların usulları sələfi usulları idi, bu usulları da öz kitablarında bəyan etmişlər, lakin bəzi yerlərdə ayaqları sürüşüb, batilə düşmüşlər;

- Onların vaxtlarında Əşarilik çox şiddətli bir şəkildə yayılmışdır;

- Belə zənn etmişlər ki, Əbul-Həsən əl-Əşari bu təvil etiqadını tövbəsindən sonra demişdir;

English

Əhli-Sünnədən olana rəddiyyə vermək haqqında - Şeyx Fovzan

Şeyx Saleh əl-Fovzan (Allah onu qorusun) deyir: "Əgər rədd olunan kəs Əhli-Sünnə vəl-Cəməadandırsa, ona olan rəddiyyə ədəblə olmalıdır. Fiqh, istinbat və ictihad məsələlərindəki xətaları diqqətə çatdırılmalıdır. Belə halda deyirik ki, "filankəs bu məsələdə xəta edib", doğru olan isə budur, dəlil də budur, Allah onu bağışlasın. Dörd məzhəb arasındakı rəddiyyələr kimi bu da onun ictihadıdır. Əgər o kəs Əhli-Sünnə vəl-Cəməadandırsa, bu rəddiyyə onun elmi məkanını aşağı salmır. Əhli-Sünnə vəl-Cəməa məsum deyillər. Onlarda da xətalar olur.
English

Pages